Sedrik Rikardo Alveş Soareş () və ya Sedrik () kimi də tanınan, Premyer liqa təmsilçilərindən olan Sauthempton klubunda və Portuqaliya milli futbol komandasında müdafiənin sağ cinahında çıxış edən peşəkar Portuqaliya futbolçusu.

Sedrik karyerasına Sportinq CP klubunda start vermişdir. O, dörd Primeyra liqa mövsümü ərzində klub ilə ümumilikdə 94 oyuna çıxmış və iki qolla yadda qalmışdır. Sedrik 2015-ci ildə Sauthempton klubu ilə müqavilə imzalamışdır.

Sedrik Portuqaliyanın gənclər milliləri ilə 72 oyuna çıxmışdır. O, Portuqaliya millisi ilə debütünü 2014-cü ildə etmişdir. Sedrik milli ilə UEFA Avro 2016-da iştirak etmiş və turnirin qalibi olmuşdur.

Klub karyerası

Sportinq Sedrik Almaniyanın Baden-Vürtemberq bölgəsinin Singen şəhərində Portuqaliyalı immiqrantların ailəsində anadan olmuşdur. Sedrikin iki yaşı olarkən valideynləri ölkəni tərk etmişdir. O, 1999-cu ildə səkkiz yaşı olarkən Sportinq de Portuqal klubunun akademiyasına qəbul olmuşdur.

Sedrik əsas komanda ilə Primeyra liqada debütünü 8 may 2011-ci ildə Vitoriya de Setubal klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Sportinq rəqibinə 1–0 hesabı ilə məğlub olmuşdur. 2011–12 mövsümündə Sedrik komanda yoldaşı Adrien Silva ilə birlikdə top diviziya təmsilçilərindən olan Akademika de Koimbra klubuna icarəyə verilmişdir. Sedrik həmin mövsümdə Portuqaliya Kubokunun finalında Sportinq klubuna qarşı oyunda 90 dəqiqə mübarizə aparmış və komandası 1–0 hesabı ilə qalib gəlmişdir.

Sonralar Sedrik yenidən Lissabon klubuna geri döndü. Növbəti illərdə bir neçə baş məşqçinin rəhbərliyi altında oyunlara çıxmışdır. Sedrik 31 may 2015-ci ildə Portuqaliya Kubokunun finalında Braqa klubuna qarşı oyunun 14-cü dəqiqəsində Cavana qarşı kobudluq edərək meydandan qovulmuşdur. Onun bu kobudluğu penaltiyə səbəb olmuşdur. Lakin Sportinq oyunsonrası penaltilərdə qalib gələrək kubokun sahibi olmuşdur.

Sauthempton 18 iyun 2015-ci ildə Sedrik ikinci yayda Sauthempton klubu ilə dörd illik müqavilə imzalamışdır. Bu transfer qarşılığında İngiltərə klubu Sportinqə 6.5 milyon avro (£4.7 milyon) ödəmişdir. O, klub ilə debütünü 30 iyul 2015-ci ildə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Vitess klubuna qarşı oyunda etmişdir. Sent-Meri stadionunda keçirilən görüşdə Sedrik 90 dəqiqə meydanda mübarizə aparmış və komandası 3–0 hesabı ilə qalib gəlmişdir. Sedrik Premyer liqada debütünü on gün sonra Nyukasl Yunayted klubuna qarşı oyunda etmişdir. O, görüşdə Qraziano Pelleye qol ötürməsi ilə yadda qalmış və ilk hissədə Kuko Martina ilə əvəz olunmuşdur. Həmin görüşdə Sauthempton rəqibi ilə 2–2 hesabı ilə bərabərə qalmışdır.

Milli karyerası Sedrik Portuqaliya U-21 millisi ilə on oyuna çıxmışdır. O, milli ilə debütünü 1 sentyabr 2011-ci ildə 2013 UEFA Avropa Çempionatının təsnifat mərhələsində Moldova millisinə qarşı oyunda etmiş və komandası 2–0 hesabı ilə qalib gəlmişdir. O, əsas milli ilə debütünü 11 oktyabr 2014-cü ildə Parisdə Fransa millisinə qarşı oyunda etmişdir. Yoldaşlıq oyununda milli rəqibinə 1–2 hesabı ilə məğlub olmuşdur.

Sedrik Fernando Santuşun rəhbərliyi altında UEFA Avro 2016-da iştirak etmişdir. O. turnirdə ilk oyununa 25 iyun 2016-cı ildə Xorvatiya millisinə qarşı oyunda (əlavə vaxtda 1–0 hesabı ilə qələbə) çıxmışdır. 1/8 final mərhələsində o, Sauthempton klubundakı komanda yoldaşı olan Xose Fonteni əvəz etmişdir. O, finalda Fransa millisinə qarşı oyunda əsas heyətd əyer almışdır.

Sedrik milli komandada ilk qolunu 17 iyun 2017-ci ildə 2017 FİFA Konfederasiyalar Kubokunda Meksika millisinə qarşı oyunda 86-cı dəqiqədə vurmuşdur. Həmin görüşdə Portuqaliya rəqibi ilə 2–2 hesabı ilə bərabərə qalmışdır.

Klub statistikası

Klub

KlubMövsümLiqaKubokLiqa KubokuAvropaÜmumiOyunQolOyunQolOyunQolOyunQolOyunQolSportinq2010–112000102050 Ümumi2000102050Akademika2011–12240500000290 Ümumi240500000290Sportinq2012–131310030702312013–142813000003112014–15240400070301 Ümumi6527030140893Sauthempton2015–162400020102702016–17300003010340 Ümumi540005020610 Ümumi karyera1452120901801843

Milli komanda

PortuqaliyaİlOyunQol201420201560201680201741Total201

Milli komanda qolları (Nəticələr və qollar Portuqaliya hesablamasının birinci siyahısındadır.) # Tarix Məkan Rəqib Hesab Nəticə Turnir 1. 18 iyun 2017 Kazan Arena, Kazan, Rusiya <center>2–1 <center>2–2 2017 FİFA Konfederasiyalar Kuboku

Uğurları

Klub Sportinq Portuqaliya Kuboku: 2014–15

Akademika Portuqaliya Kuboku: 2011–12

Sauthempton EFL Kuboku ikinci: 2016–17

Milli komanda Portuqaliya UEFA Avropa Çempionatı: 2016

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Portuqaliya futbolçuları Kateqoriya:UEFA Avro 2016 futbolçuları Kateqoriya:Sportinq Lissabon FK futbolçuları Kateqoriya:Portuqaliyanın kişi futbolçuları Kateqoriya:Arsenal FK futbolçuları Kateqoriya:Fulhem FK futbolçuları Kateqoriya:Sauthempton FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:UEFA Avropa Çempionatının qalib futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Legioner Portuqaliya futbolçuları Kateqoriya:İnter Milan FK futbolçuları Kateqoriya:San-Paulu FK futbolçuları Kateqoriya:2018 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Braziliya Seriya A futbolçuları Kateqoriya:2017 FİFA Konfederasiyalar Kuboku futbolçuları Kateqoriya:Portuqaliya milli futbol komandasının oyunçuları