Vavilovo – Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. Vavilovo kəndi Xəzər inzibati vahidliyinə daxildir. Əhali Milli tərkibi: Azərbaycanlılar, Ləzgilər, Tabasaranlılar. Dini baxımdan islam dininin həm sünni həm də şiə məzhəbində etiqad edirlər. Yerləşməsi Dərbənd şəhərindən 8 km cənubda yerləşir. Tarixi Vavilovo kəndi Dağıstan təcrübə stansiyası ərazisində təşkil edilmişdir. Kənd Nikolay İvanoviç Vavilovun şərəfinə adlandırılmışdır. Təcrübə üçün yeri hələ akademik 1930-cu illərdə seçmişdir. Ancaq kənd 1969-cu ildə təsis edilmişdir.

İstinadlar

Mənbə Dağıstan təceübə stansiyasl

Kateqoriya:Dərbənd rayonunun yaşayış məntəqələri