Aldona Çesaytite-Nenenene (qızlıq soyadı: Çesaytite; d. 13 oktyabr 1949 - ö. 3 aprel 1999; Kaunas, Litva) — Sovet İttifaqını təmsil edən Litvalı sabiq həndbolçu. Aldona Çesaytite, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında və 1980 Moskva Olimpiadasında qızıl medal qazanıb. Aldona Çesaytite, həm də Dünya Çempionatlarında 1 gümüş medala sahib olub.
Karyerası Aldona Çesaytite, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu.
Aldona Çesaytite növbəti dəfə Olimpiya Oyunlarına, 1980-ci ildə elə Sovet İttifaqının Moskva şəhərində baş tutan XXII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların son turunda Sovet İttifaqının yığması, yenə Şərqi Almaniya yığmasını 18:13 hesabı ilə məğlub etdi və XXII Yay Olimpiya Oyunlarının çempionu oldu.
İstinadlar
Kateqoriya:1976 Yay Olimpiya Oyunlarında həndbolçular Kateqoriya:1976 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Olimpiya qızıl medalına sahib SSRİ idmançıları Kateqoriya:1980 Yay Olimpiya Oyunlarında həndbolçular Kateqoriya:1980 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları