Banqladeş Televiziyası () və ya qısaca BTV () — Banqladeş hökumətinin tabeliyində yaradılan, Banqladeşin milli televiziya kanalı. 1964-cü ilin dekabr ayının 25-də yaradılan televiziya kanalının verilişləri Banqladeşin müstəqilliyindən əvvəl Pakistan Televiziyası (PTV) adı altında aparılırdı. Banqladeş istiqlal müharibəsindən sonra kanalın adı Banqladeş Televiziyası olaraq dəyişdirildi. thumb|300px|Bangladesh Television administrative building BTV-in Dəkkədə yerləşən ölkə miqyaslı bir televiziya stansiyası mövcuddur. Çittaqonqda regional bir stansiya da mövcuddur. 1990-cı illərin ortalarında, milli televiziya kanalı BBC və CNN xəbər proqramlarının yayımlarına başlamışdır. 2004-cü ildə BTV, peyk əsaslı filialı olan BTV Dünya vasitəsilə dünya səviyyəsində verilişlər aparmaq imkanı olmuşdur.

Tarixi

Başlanğıc BTV 1964-cü ilin dekabr ayının 25-də Pakistanın özəl televiziya kanalı olan Pakistan Televiziyası adı altında yaradılmışdır. Kanalın adı 1971-ci ildə, Banqladeşin müstəqilliyindən sonra Banqladeş Televiziyası (BTV) olaraq dəyişdirilmişdir. Televiziya kanalı 1972-ci ilə qədər özəl qalmışdır. Daha sonra BTV-yə, Banqladeşin İnformasiya Nazirliyinin rəhbərliyi altında Hökumət Dairəsi statusu verilmişdir.

Yeni dövr BTV, 1980-ci ildə verilişlərini rəngli aparmağa başlamışdır. 2003-ci ilə qədər ölkənin hər tərəfində 14 ötürücü stansiya qurulmuşdur. Beləliklə ölkənin 93%-i BTV-in ötürücü əhatə dairəsində idi.

İstinadlar

Xarici keçidlər Rəsmi saytı

Kateqoriya:Banqladeş televiziya kanalları Kateqoriya:Benqal dilində televiziya kanalları Kateqoriya:Dövlət mediası Kateqoriya:Dövlət tərəfindən maliyyələşdirilən teleradio