Palıd parabüzəni () - parabüzən növü. O, əsasən, mənənələrlə və həm də zərurət olduqda koksidilərlə qidalanır.

Biologiyası

Mənənələrlə və həm də zərurət olduqda koksidilərlə qidalanır. Oval formada olub, azca yastılaşmışdır. Qara rəngli olmaqla, nöqtəlidir, ağ tükcüklərlə örtülüb. Köndələn, enliləşmişdir, sarıdır, qabaq hissə sıx tüklərlə örtülüb və önə meyillidirlər. Bığcığı sarıdır və 10 buğumdan ibarət olub, toppuzvaridir. Qidalandıqları yerlərdə ağacların qabığı və xəzəllərin altında qışlayırlar.Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. A.Mehdiyev, M.M.Seyidli, 44

Yayılması

Qərbi Avropada və Şərqi Asiyada, Qafqazda yayılıb. Azərbaycanda azsaylıdır, yalnız parklarda – Abşeronda (Biləcəri parkında) və Naxçıvan ərazisində yabanı kollar üzərində müşahidə olunub.

Ədəbiyyat

Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. A.Mehdiyev, M.M.Seyidli, 44 Ümumi entomologiya I-II hissələr. Ağayev B.İ. Bakı 1979-1981 Naxçıvan MR-da yayılan parabüzənlər (Coleoptera, Coccine elidae) və onların bioloji mübarizədə istifadə imkanları. Mehdiyev A.M.

İstinadlar

Kateqoriya:Sərtqanadlılar Kateqoriya:Buğumayaqlılar Kateqoriya:Böcəklər Kateqoriya:Parabüzənlər Kateqoriya:Onurğasızlar