Yeva-Liv adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi 381 metr təşkil edir. Sahəsi 288 km²-dir. Adanın üzəri çoxillik buzla örtülmüşdür. Ağ Torpaq adaları qrupuna daxildir.
Yerləşməsi Ada arxipelaqın şimal-şərqində yerləşir. Freden adasından Sars boğazı ilə ayrılır. Ucqar qərb nöqtəsi Klyuv, şimal-şərq nöqtəsi isə isə Mesyaseva burnudur. Ağ Torpaq qrupuna Yeva-Liv adasından başqa Adelaid adası və Freden adası daxildir. Frans-İosif Torpağı arxipelaqının digər adalarından Şimal-Şərq boğazı ilə ayrılır.
Açılış tarıxi Adanı norveçli Frityof Nansen 10 avqust 1895-ci ildə kəşf etmişdir. O, səhvən Yeva-Liv adasını iki ada hesab etmişdir. Bu adaların birinə həyat yoldaşı Yeva, digərinin isə qızı Livin şərəfinə adlandırmışdır. 1932-ci ildə "Nikolay Knipoviç" gəmisində adalara eskpedisiya təşkil edilir. Nəticədə Liv adasının əslində yarımada olması müəyyən edilir. Ekspedisiya üzvü olan Nikolay Nikolayeviç Zubovun təklifi ilə adaya ikili ad verilir.
Yacınlığında yerləşən adalar Yeva-Liv adasından cənub-qərbdə uzunluğu 2 km olan Adelaid adası adası yerləşir. Bu ada Frityof Nansenin anasının şərəfinə adlandırılmışdır. Yeva-Liv adasından 3 km cənubda, uzunluğu 9, eni 5 km olan Freden adası yerləşir.
Mənbə
İstinadlar
Xəritə Xəritə
Kateqoriya:Barens dənizi adaları Kateqoriya:Frans-İosif Torpağı adaları Kateqoriya:Şimal Buzlu okeanın yaşayış olmayan adaları Kateqoriya:Arxangelsk vilayətinin yaşayış olmayan adaları