İbrahim İbrahimli və ya İbrahim İbrahimov () — Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı"Azərbaycan SSR Ali Soveti birinci sessiyasının Katibliyi haqqında" Azərbaycan SSR Ali Sovetinin 5 fevral 1991-ci il tarixli, 5—XII nömrəli Qərarı. e-qanun.az .

Haqqında İbrahim Məşəhilal oğlu İbrahimli 13 avqust 1952-ci ildə Zeynəddin kəndində anadan olub.

Azərbaycan Xalq Cəbhəsi Naxçıvan Vilayət Təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir"Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. e-qanun.az .

Daha sonra Müsavat Partiyasına üzv olmuşdur. Bir müddət partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri olmuşdur.

2000-ci il parlament seçkilərində İbrahim İbrahimli Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 6-cı sırada olmuşdur. Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4,85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, İbrahim İbrahimli deputat seçilə bilməmişdir.

5 may 2015-ci ildə Müsavat Partiyası sıralarından istefa vermişdir. Daha sonra Demokratik Qüvvələrin Milli Şurasında fəaliyyət göstərməyə davam etmişdir.

16 iyun 2021-ci ildə uzun sürən xəstəlik-beyin xərçəngi səbəbi ilə Bakıda vəfat etdi. Balaxanı qəbiristanlığında dəfn edildi.

Parlamentdə İbrahim İbrahimli Azərbaycan SSR Ali Sovetinin XII çağırışında Naxçıvan MSSR-in Babək rayonundan – 341 nömrəli Leninabad seçki dairəsindən deputat seçilmişdir. 5 fevral 1991-ci ildə Azərbaycan SSR Ali Soveti birinci sessiyasının Katibliyi tərkibinə seçilmişdir.

O, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.

O, 6 dekabr 1993-cü il tarixində Azərbaycan Respublikasının ilk milli Konstitusiyası layihəsini hazırlayan komissiyanın tərkibinə Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sədri oladaq daxil edilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Müsavat Partiyasının başqan müavinləri Kateqoriya:Müsavat Partiyasının katibləri Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər