Ucagüney dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1576,6 m).  Günbəzvari formadadır. Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun qurtaracağında zirvə. Biləv kəndindən 1 km şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinin orta hissəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının nüvə hissəsində yerləşir.

Həmçinin bax: Zırnel dağı Maparax Cuğağıl dağı Havuş dağı Əjdaha dağı

İstinadlar

Kateqoriya:Ordubad rayonunun dağları Kateqoriya:Azərbaycanda dağ zirvələri