Qarapir dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 2674,8 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun qərb istiqamətli Nəbiyurd ayrılmasında zirvə. Tivi kəndindən 4 km şimal-şərqdə, Tiviçayın sağ sahilindədir. Alt Eosenin İpr mərtəbəsinin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin şimal-şərq cinahında müşahidə edilən Çaxmaqlıdağ sinklinal qırışığının sentriklinal hissəsində yerləşir. Qərb və şərq yamaclarından şimal istiqamətdə uzanan fay qırılmaları keçir.
Həmçinin bax Naxçıvan MR Culfa Ordubad Ağdağ (Culfa rayonu) Bərdik dağı Acıçeşmə dağı
İstinadlar
Kateqoriya:Azərbaycanda dağ zirvələri Kateqoriya:Ordubad rayonunun dağları