Tural Möhsüm oğlu Axundov (1 avqust 1988-ci ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt klubunda müdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçu. O, bir müddət Azərbaycan U-21 milli futbol komandasında çıxış etmişdir.

Klub karyerası

Çempionat Tural Axundov öz peşəkar futbolçu karyerasına 2009-cu ildə Muğan klubunda start vermişdir. İki mövsüm bu klubda çıxış etdikdən sonra Axundov 2011-ci ildə Rəvan klubuna transfer olmuşdur. Uzun müddət bu klubda kapitan sarğısını daşımışdır.Tural Axundov: «Qoy rəqiblər bizdən qorxsun» 2013-cü ilin yay ayında Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Simurq klubu ilə bir illik müqavilə imzalamışdır. 2014-cü ilin noyabrında Zaqatala klubunun rəhbərliyi 2017-ci ilin iyun ayının sonuna qədər futbolçuyla müqaviləni uzatmışdır. Lakin Tural klub ilə iki mövsüm və 63 oyun keçirdikdən sonra klubu tərk etmişdir.Tural Axundov "Simurq"la müqaviləni yenilədi

2015-ci ilin iyununda keçmiş futbolçuların seleksiya yığımları zamanı Gəncə təmsilçisi olan Kəpəz klubunun heyətinə cəlb edilir."Kəpəz"dən 16 transfer — SİYAHI O, klub ilə debütünü 9 avqust 2015-ci ildə çempionatın ilk turunda Neftçi Bakı klubuna qarşı oyunda etmişdir.Neftçi vs. Kapaz 0 — 0 O, çıxdığı ilk görşüdəcə klubun kapitanı olmağı bacarmışdır.Tural Axundov: «Kəpəz» hələ tam formalaşmayıb"

Kubok Axundov Azərbaycan Kubokunda aşağıdakı oyunlara çıxmışdır: № Tarix Raund Klub Rəqib Liqa Nəticə 1 8 dekabr 2010 İkinci raund — 1/8 final «Bakı» «Muğan» Premyer Liqa 1 : 1Bakı vs Muğan 1-1 2 30 noyabr 2011 Birinci raund — 1/16 final «Bakı» «Rəvan» Premyer Liqa 0 : 0Bakı vs Rəvan 0-0 3 27 fevral 2013 Üçüncü raund — 1/4 final, birinci görüş «Rəvan» «Xəzər-Lənkəran» Premyer Liqa 1 : 2Rəvan vs Khazar Lankaran 1-2 4 7 mart 2013 Üçüncü raund — 1/4 final, cavab oyunu «Xəzər-Lənkəran» «Rəvan» Premyer Liqa 4 : 1Khazar Lankaran vs Rəvan 4-1 5 4 dekabr 2013 İkinci raund — 1/8 final «Araz-Naxçıvan» «Simurq» Premyer Liqa 2 : 2Araz vs Simurq 2-2

Milli karyerası

U-21 Tural 2009-2010-cu illər aralığında Azərbaycan U-21 milli futbol komandası ilə üç oyuna çıxmışdır. O, Avropa Çempionatının təsnifat mərhələsində AvstriyaAustria U21 vs Azerbaijan U21 4-0 , ŞotlandiyaScotland U21 vs Azerbaijan U21 2-2 və BelarusBelarus U21 vs Azerbaijan U21 1-0 millilərinə qarşı oyunlarda iştirak etmişdir.

İstinadlar

Xarici keçidlər Профиль игрока на сайте ПФЛ — Профессиональной Футбольной Лиги Азербайджана

Tarixçə T. Axundov profile on soccerway.com Профиль игрока на сайте ПФК «Симург»

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Simurq PFK futbolçuları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Rəvan Bakı FK futbolçuları Kateqoriya:Muğan Salyan FK futbolçuları