Niklaus Virt (; ) — məşhur isveçrəli alim, kompüter elmləri üzrə professor, Pascal, Modula-1, Oberon proqramlaşdırma dillərinin müəllifi. 15 fevral 1934-cü ildə anadan olmuşdur. O, Swiss Academy of Engineering (İsveçrə), U. S. Academy of Engineering (ABŞ), BerlinBrandenburg Academy (Almaniya) Milli Akademiyalarının üzvüdür. Müxtəlif sayda adlara və titullara layiq görülən məşhur alim 1984-cü ildə EYLER, ALGOL-W, MODULA və PASCAL proqramlaşdırma dillərini yaratdığına görə Türinq mükafatına layiq görülmüşdür.

Ədəbiyyat Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.

İstinadlar