Kələmin gövdə gizli xortumlusu () — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Uzunburun böcəklər fəsiləsinə aid olan növ.

Xarici quruluşu Böcəklərdə xortum uzun və nazikdir. Böcək qara rənglidir. Üzərində sıx boz tükcüklər vardır. Pəncələri qırmızı rəngli iti caynaqlı olur. Dişilərin böyüklüyü 2,5-3,2 mm-dir. Yumurtası ovaldır və şüşə kimi şəffafdır. Orta hesablama uzunluğu 0,7 mm, eni 0,5 mm-dir. Pupu sarımtıldır.

Həyat tərzi Bir dişi fərd öz həyatı boyu 40-a qədər yumurta qoyur. Rüşeymin inkişafı 4-8 gün çəkir. Bundan sonra sürfələr çıxır. Bir gövdə daxilində 20 və daha çox sürfə olur. sürfələr 1 ay yaşayır və bu dövr ərzində 3 dəfə qabıq dəyişərək 4 yaş keçirir. 2-3 həftədən sonra pupdan böcək çıxır.

Yayılması Avropa, Şimali Afrika, Kiçik Asiya, Şimali Amerika, Zaqafqaziya, Pribaltika və Kareliya Respublikasında yayılıb. Azərbaycanın tərəvəzçılıklə məşğul olan bütün rayonlarında yayılmış kələmin gövdə gizlixortumlusu parniklərdə kələm şitillərinə və eləcə də başqa toxumluq xaççiçəkli bitkilərə zərər verir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Həşəratlar Kateqoriya:1802-ci ildə təsvir edilən sərtqanadlılar