Hyalospheniidae () — ibtidailərin amöbozoylar sinfinə daxil olan fəsilədir.
Ümumi xarakterik əlamətləri Çanağı armudşəkilli və ya tiyəşəkillidir. Ağızcığı – terminal, dairəvi və ya ellipsvarıdır. Fəsilənin nümayəndələri örtük sintez etmirlər. Eugliphidae və ya başqa formaların idiosomlarlndan və ayrı-ayrı mineral dənəciklərdən- ksenosomlardan istifadə edirlər.Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
Növləri və yayılması Azərbaycanda 3 növü aşkar edilmişdir: Nebela galeata Penard – Lənkəranın düyü tarlalarındaVeysiq, 1939; N. Pulcherrima Awerintzef – Lənkəran rayonunun xırda su hövzələrində; N. Caudata Leidy – Lənkəranın kiçik su hövzələrində.Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
İstinadlar
Ədəbiyyat Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
Kateqoriya:Amöbozoylar