Riçard Cons () — İngiltərə iqtisadçısı.Riçard Cons// Büssel – Çimli-podzol torpaqlar / baş red. M. K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 384. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9. O, David Rikardo və Tomas Maltusa məxsus iqtisadi icarə və populyasiya mövzularına aid nəzəriyyələri tənqid etmişdir.
Həyatı 1816-cı ildə Kembric Universitetini bitirmişdir. Keşiş və eyni zamanda əvvəlcə Londonda siyasi iqtisad professoru olmuş, T. Maltusun ölümündən sonra isə Heyliberidəki kollecdə onun siyasi iqtisad kafedrasına rəhbərlik etmişdir (1835-ci ildən). David Rikardonun təlimini tənqid etmişdir. İctimai istehsalın inkişafında kapitalizmə keçid fazası kimi baxmışdır. Belə ki, "yığılmış sərvət mülkiyyətçiləri" ilə "əsl fəhlələr" arasında antaqonizm yaratdığı üçün o, mütləq məhvə məhkumdur. Tarixi prosesi ilahi qüvvə tərəfindən idarə olunan zəif təkamül kimi təsvir edirdi.
Fəaliyyəti Cons ilk dəfə olaraq kapitalı həm "toplanmış ehtiyat", həm də ictimai münasibət kimi nəzərdən keçirmişdir. O, kapitalın dəyər kəmiyyətini "köməkçi" (daimi) kapitala və "fəhlələrin saxlanılması üçün kapital"a ayırmış və Böyük Britaniyanın kənd təsərrüfatı üçün onların nisbətini 5:1 kimi hesablamışdır. Cons bu nisbətin artım tendensiyasını aşkar etməyə çalışmışdır. Cons renta nəzəriyyəsini torpaqların azalan məhsuldarlıq qanunundan ayırmış və hesab etmişdir ki, rentanın mütləq kəmiyyəti (onun milli gəlirdəki payı istisna olmaqla) digər gəlirlərin kütləsi azalmadan da arta bilər. O, kapital yığımının mənfəət normasından deyil, onun kütləsindən asılı olduğunu göstərmişdir.
Həmçinin bax David Rikkardo Adam Smit
İstinadlar
Kateqoriya:İngiltərə iqtisadçıları Kateqoriya:İngiltərə qeyri-bədii əsər yazan yazıçıları Kateqoriya:İctimai sahədəki yazıçılar Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri