Olumla ölüm arasındakı ömür. Hamlet Qurbanov — rejissor Sənan Sultanovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film.

Məzmun Filmdə görkəmli teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti Hamlet Qurbanovun həyat və yaradıcılığına həsr olunur.

Film haqqında Filmdə Azərbaycan radiosunda radio müsahibədən, "Dəli yığınacağı", "Əliqulu evlənir" teatr tamaşalarının, Azərbaycan Televiziyasında "Mehmanxana sahibəsi", "Yollar görüşəndə...", "Atayevlər ailəsi", "Evləri köndələn yar", "Topal Teymur", "Qapalı orbit" televiziya tamaşalarının, eləcə də "Dağ meşəsindən keçərkən...", "Sevil", "Dədə Qorqud", "Anlamaq istəyirəm", "Babamızın babasının babası", "Cin mikrorayonda", "Bağ mövsümü", "O dünyadan salam" filmlərinin kadrlarından istifadə edilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Müəllif: Yaqub Əlioğlu Rejissor: Sənan Sultanov Operator: Elşən Bədəlov Montaj: Rəşad Rəhimov, Araz Əjdərov Rejissor assistenti: Mikayıl Əjdəroğlu, Samir Məlikov Qrafika: Təkin Əfəndiyev Musiqi tərtibatı: Əliabbas Qasımov Geyim: İradə Həyatova Videomateriallar: Cavid Babayev Mətni oxuyan: Ədalət Məmmədov (əməkdar artist) İnzibatçı: Etibar Almazov Redaktor: Səyavuş Məmmədov

Rollarda Mahir Mirişov Zülfəli Adıgözəlov Gülxar Şamxalova

Filmdə iştirak edənlər Hamlet Qurbanov (şəkil; əməkdar artist) Ağadadaş Qurbanov (şəkil; xalq artisti) Gülxar Həsənova (şəkil; opera müğənnisi) İlyas Əfəndiyev (arxiv; xalq yazıçısı) Elçin (şəkil; xalq yazıçısı) Tofiq Tağızadə (arxiv; kinorejissor) Oqtay Mirqasımov (şəkil; kinorejissor)

Xarici keçidlər Filmi izlə

Kateqoriya:Qısametrajlı sənədli televiziya filmləri Kateqoriya:Hamlet Qurbanov haqqında filmlər Kateqoriya:2015-ci ilin Azərbaycan filmləri