Leptomiksidlə () — ibtidailərin tubulinea sinfinə daxil olan dəstədir.
Ümumi xarakterik əlamətləri Bu orqanizmlər Gymnoamoebia yarımsinfi ilə plazmodiyalı selikli göbələklər arasında keçid halqası kimi görünür. Trofik mərhələdə bunlar çoxnüvəli plazmodiyalar olub, dartılaraq şaxələnir, çoxlu miqdarda anastomazları olan, uzunluğu 3 m və daha artıq olan nazik sapa çevrilir. İkiüzlü çoxnüvəli sistalar əmələ gətirir. Leptomyxida dəstəsinə Leptomyxa və Gephyramoeba cinsləri daxildir. Bu sonuncunun nümayəndələri Azərbaycanda qeyd alınmışdır.Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
Yayılması Azərbaycanda subtropik bitkilər altındakı sarı torpaqlarda bir forması tapılmışdır İbadov, 1981, ancaq hələ növü müəyyənləşdirilməmişdir.
İstinadlar
Ədəbiyyat Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
Kateqoriya:Amöbozoylar