Biq-Horn — ABŞ-də, Qayalı dağlarda silsilə.

Haqqında Uzunluğu təqribən 200 km. Ən hündür zirvəsi Klaud-Pik dağıdır (4015 m). Böyük Düzənliklər platosundan nisbi hündürlüyü 1200–1500 m-dir. Ox hissəsi Kembriyə -qədərki qranitlərdən, kənarları Paleozoy və Mezozoyun çökmə süxurlarından təşkil olunmuşdur. Dağ çölləri, küknar və ağ şam meşələri, yuxarılarda subalp seyrək meşəliyi yayılmışdır. Dövlətə məxsus 400 min ha meşə sahəsi istirahət və turizm üçün istifadə olunur.  

Həmçinin bax Dağ

İstinadlar

Xarici keçidlər Biq-horn Dağları - Biq-horn Kanyonu Milli İstirahət sahəsi

Kateqoriya:Dağ silsilələri