Soyuqdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 4000,5 m). Zəngəzur silsiləsinin suayırıcısında zirvə. Gənzəçayla Kotamçayın mənbə hissəsində, Gənzə kəndindən 4,8 km şərq-şimal-şərqdədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı  qranodiorit-porfir, diorit və diorit-porfirlərindən təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-şərq cinahında yerləşir.

Həmçinin bax: Almalıdağ Alçalıdağ Elti dağı Qız-gəlin dağı

İstinadlar

Kateqoriya:Ordubad rayonunun dağları