Adana metropoliteni Adana şəhərində yerləşən, 13 metrostansiyanı özündə birləşdirən və 13.5 kilometr uzunluğa sahib dəmiryolu sürətli yol sistemidir. Saatda 21 min 600 sərnişinin istifadəsinə yararlıdır. Dayanmalar nəzərə alınmaqla başdan sona bütün metrostansiyalar arasındakı məsafə müddəti 21 dəqiqədir. Metropolitenin proyektinin əsası 1988-ci ildə qoyulmuşdur. Metro xidməti səhər 6:00-dan başlayaraq axşam 23:30-a qədər davam edir. Həftəiçi qrafika 10 dəqiqə aralıqla, həftsəonu isə 15 dəqiqə aralıqla fəaliyyət göstərir.

Adana metropoliteninin xranologiyası 1988-ci ildə Adana metropoliteninin proyekti qurulmuşdur

1996-cı ildə Adana metropoliteninin tikintisinə başlanmışdır

2000-ci ildə ödəniş olmadığından Adana metropoliteninin tikintisi dayandırılmışdır

2006-cı ildə Adana metropoliteninin tikintisinə təzədən başlanmışdır

2009-cu ilin Aprel ayında seçkilər səbəbilə Adana metropoliteninin 8,5 km-lik hissəsi istifadəyə verilmiş ancaq seçkilərdən bir neçə ay sonra istifadəsi dayandırılmışdır

2010-cu ilin May ayında Adana metropoliteninin istifadəyə verilmişdir

Stansiyalar thumb|right|İstiqlal metrostansiyası

Stansiya Nəqliyyat səviyyəsi Keçid Marşrut xətti Xəstəxana Yeraltı Turqut Özal Bulvarı Bahçeşehir — Carrefour marketlər şəbəkəsi — Adana Kup Anadolu Liseyi Yeraltı Turqut Özal Bulvarı Seyhan Hospital — Qurdtəpə — Dəmirəl Bulvarı Hüzurevi Yerüstü Bulvar Yerüstü Yurd YerüstüBarış Manço Bulvarı, PTT küçəsi, HayalPark, Bulvar, Çətinqaya Yaşılyurd Yerüstü Fateh YüksəklikQaraisalı mikro-avtobuslarıQayıboyu küçəsi, Camalpaşa, Xəstəxanalar Vilayət Yeraltı Adana Qataryolu stansiyası Valilik, Stansiya küçəsi, Qatar deposu, Atatürk küçəsi, Atatürk Park İstiqlal Yeraltı Dövlət yolu Qocavəzir YüksəklikBaxım Yurdu küçəsi, Qurukörpü, Kiçiksaat, Saydam küçəsi, Obalar küçəsi Hürriyyət Yüksəklik Seyhan çayı, Ağqapı mikro-avtobusları Cümhuriyyət Yüksəklik Qaradaş marşrutu, Mikro-avtobuslar, Seyhun çayı Axınşılar Yüksəklik Dövlət yolu & Yüreğir Avtobus terminalı Qozan Yolu avtobusları:110, 113, 114, 116, 118 və 126

Adana metropoliteninin texniki parametrləri Xətt uzunluğu(gediş-gəliş): 13.5 km

Stansiyalarının sayı: 13

Nəqliyyat vasitələrinin sayı sayı: üçlü qatarlar şəklində 350 nəfərlik 36 nəqliyyat vasitəsi

Tutumu : 660.000 nəfər/gün (2.tur tamamlananda)

Enerji təminatı : 750 V DC

Maksimal sürət : 80 km/saat

Bilet sistemi : Kentkart

Nəqliyyat vasitələrinin maksimal sürəti saatda 80 km, sərnişin tutumu 311 nəfər, uzunluğu 27 metr, eni 2,65 m, kütləsi 41 tondur. Hər üç nəqliyyat vasitəsi bir qatar olmaqla cəmi 12 qatardan ibarətdir.

İstinadlar