Tülkütəpə dağı – Babək rayonu ərazisində dağ (hünd. 976,2 m). Naxçıvan dağarası çökəkliyinin şimal-şərq cinahında, Qahab kəndindən 2,5 km cənubdadır. Orta Pleystosenin allüvial-prolüvial çöküntülərindən təşkil olunmuş alçaq və yastı təpədir. Cənub-şərq yamaclarında Orta Miosenin Karaqan regiomərtəbəsinə aid Payız lay dəstəsinin terrigen-çökmə süxurları açılır. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının geniş cənub-qərb qanadında yerləşir.
Həmçinin bax: Gədikdağ Alçalıdağ Xarxat dağı Xəzəryurd dağı Əyridağ
İstinadlar
Kateqoriya:Babək rayonunun dağları Kateqoriya:Azərbaycanda dağ zirvələri