Meral Konrat () — türkiyəli aktrisa, müğənni və aparıcı.
Həyatı Krım tatarı ailəsində dünyaya gəlib. "İmza Men — Meral Konrat 1/2". Youtube. Marmara Universitetində təhsil aldığı ilk illərdə reklam çarxlarına çəkilib, daha sonra isə kino sahəsinə keçid edib. Aktyorluqdan savayı o, həmçinin, model, aparıcı kimi də fəaliyyət göstərib və hətta "İtiraf Ediyorum" adlı albom çıxartmışdır. 2004-cü ilə qədər 10 il Türkiyənin TGRT kanalında aparıcı olub. Sonuncu iş yeri Karadeniz TV kanalıdır.
Azərbaycan tamaşaçısına daha çox "Təhminə" kinosundakı Təhminə roluna görə tanışdır. 30 ildən sonra "Elçilik" adlı filmdə yenidən Azərbaycan tamaşaçısının qarşısına çıxacaq.
Mükafatları Ankara Film Şenliyi, 1989, Ümid Verən Yeni Oyuncu nominasıyasında: Üçüncü Göz
İstinadlar
Xarici keçidlər Meral Konrat: Avtomobilimi güllələdilər — Türk şou maqazin — ARB TV Meral Konrat: "Fəxrəddin Manafovun məndən üzr istəməsini gözləyirəm" — MÜSAHİBƏ "Təhminə" filminin "Təhminə"si: "Fəxrəddinlə Zülfiyyə məni aldatsa da…" — FOTOLAR Fəxrəddin Manafov "Təhminə"dən danışdı — "O, məni maraqlandırmır" Meral Konrat: "Fəxrəddinlə, Zülfiyyə məndən üzr istəməlidir" (VİDEO) `Təhminə` qalmaqalına son qoyuldu Ramiz Fətəliyev Meral Konratın yalanını açdı — "Ona qonarar verilib"
Kateqoriya:Türkiyə aktrisaları Kateqoriya:XXI əsr Türkiyə qadın müğənniləri