thumb|Çarli Çaplin məşhur avara rolunda
İngilis aktyoru, komiki və rejissoru Çarli Çaplinin (1889–1977) çəkdiyi filmlər üzərində işlədiyi dövr 1914–1967-ci illəri əhatə edir. O, kinoda çalışdığı ilk illər ərzində ifa etdiyi avara obrazı ilə bütün dünyada tamaşaçılar tərəfindən bütləşdirilərək şöhrət qazandı. 1910-cu və 1920-ci illərdə onu planetin ən tanınmış siması hesab edirdilər.
Çaplin Londonda anadan olmuş və doqquz yaşından etibarən səhnəyə çıxmışdır. 1913-cü ildə Fred Karnonun komediya qrupu ilə ABŞ qastrolunda olarkən, Çaplin Mak Sennetin Keystone film company studiyası ilə müqavilə bağlayır. O, Keystone-da çalışdığı zaman ssenarilər yazmağa və baş rolda özünün çəkildiyi bir neçə film çəkməyə başlayır. 1915-ci ildə Çaplin Essanay Film Manufacturing Company, bir ildən sonra isə Mutual Film Corporation şirkətlərilə müqavilə imzalayır. 1918-ci ildə Çaplin əvvəlcə First National studiyasında, daha sonra isə Meri Pikford, Duqlas Ferbenks və Devid Uork Qriffitlə birgə yatadığı United Artists şirkətində şəxsi filmlərini ərsəyə gətirməyə başlayır. 1940-cı illərin sonu, 1950-ci illərin əvvəlində Çaplin kommunizm tərəfdarı olması ittihamı irəli sürülsə də, özü bu məsələni inkar edib. O, Britaniya vətəndaşı olaraq qalmışdı. 1952-ci ildə "Səhnə işıqları" filminin premyerasında iştirak etmək üçün İngiltərəyə gedərkən, onun ABŞ ərazisinə daxil olmaq icazəsi ləğv olunur. Buna görə də Çaplin ömrünün sonuna qədər İsveçrədə məskunlaşır. Rejissor özünün son iki filmini İngiltərədə çəkir.
Çaplin yaradıcılığı ərzində Kinematoqrafik sənətlər və elmlər Akademiyası tərəfindən üç mükafata layiq görülüb. 16 may 1929-cu ildə təşkil olunmuş ilk Akademiya Mükafatlarının təqdimetmə mərasimində o, "Sirk" (1928) filminə görə əvvəlcə Ən yaxşı aktyor və Ən yaxşı rejissor nominasiyasiyasında Oskar mükafatına namizəd göstərilmişdi, lakin Akademiya hər iki namizədliyi aradan qaldırır və əvəzində Çaplin ssenari, rejissorluq, prodüserlik və aktyorluğa görə Fəxri Oskar Mükafatına layiq görülür. 1972-ci ildə onun bütün kino nailiyyətlərinə həsr olunmuş növbəti fəxri mükafatı qəbul etmək üçün təxminən iyirmi il sonra ABŞ-yə qayıtmışdır. Bir il sonra isə "Səhnə işıqları" filminin musiqisi Ən yaxşı musiqiyə görə Oskar mükafatına layiq görülür, lakin "Səhnə işıqları" filmi 1972-ci ilə qədər 20 il müddətində Los-Anceles ərazisinə buraxılmır və Oskar mükafatına təqdim olunmaq üçün münasib hesab edilmirdi. Çaplin 1940-cı ildə "Böyük diktator" filmi ilə Ən yaxşı aktyor və Ən yaxşı orijinal ssenari nominasiyalarında Oskar mükafatına namizəd olub. 1942-ci ildə Çaplin "Qızıl hərisliyi" filminin yeni versiyasını hazırlayır və 1925-ci ildə çəkilmiş səssiz filmə musiqi yazılışını həyata keçirir. "Qızıl hərisliyi" filmi Dram və ya komediya filmində Ən yaxşı musiqiyə görə Oskar mükafatına namizəd olub. Çaplinin bu mükafata sonuncu namizədliyi 1947-ci ildə "Müsyö Verdu" filminin ssenarisinə görə olub.
2011-ci ilin nəticələrinə görə Çaplinin baş rolu ifa etdiyi 6 film Amerika Filmlərin Milli Reyestrinə daxil edilmişdir: "İmmiqrant" (1917), "Uşaq" (1921), "Qızıl hərisliyi" (1925), "Böyük şəhərin işıqları" (1931), "Yeni zamanlar" (1936) və "Böyük diktator" (1940). Seçilən filmlər sırasında Çaplinin kiçik rolda göründüyü "Şou adamları" (1928) filmi də yer alır. Çarli Çaplin kinematoqrafdakı xidmətlərinə görə Şöhrət xiyabanında ulduza malikdir. Note: Type in "Charlie Chaplin"
Rəsmi filmləri Çaplin 1964-cü ildə "Mənim tərcümeyi-halım" adlı kitabında rəsmi filmoqrafiyasını çap etmişdir. Filmoqrafiya 1914-cü ildən başlayaraq, 80 kinofilmi əhatə edir. Daha ətraflı məlumata isə, Devid Robinsonun 1985-ci ildə çıxan və özündə 81-ci qeyd kimi rejissorun sonuncu filmi "Honkonqlu qrafinya"nı (1967) əks etdirən "Çaplin: Həyatı və sənəti" bioqrafik kitabında rast gəlmək olar. 2010-cu ildə yeni kəşf olunan 82-ci "Oğru ovçusu" filmi də siyahıya əlavə edilir. Keystone-un erkən istehsal etdiyi işlərdən olan bu film, o zamana qədər itmiş hesab edilirdi.
"Sirk" filmi (1928) də daxil olmaqla, Çaplinin bir çox filmləri səssizdir. Buna baxmayaraq, onların bəzilərinə saundtreklər əlavə olunaraq yenidən işlənib. "Böyük şəhərin işıqları" (1931) və "Yeni zamanlar" (1936) filmləri ilk buraxılışda səssiz olublar, lakin sonradan bu ekran əsərlərinə saundtreklər, musiqi və səs effektləri, həmçinin sonuncu filmə danışıq əlavə edilmişdi. Çaplinin sonuncu beş filmi səsli çəkilmişdir. "Honkonqlu qrafinya" filmi istisna olmaqla, onun bütün filmləri 35 mm-lik ağ-qara kinolentə çəkilmişdir.
Rejissorun filmləri haqqında məlumatlar, onların təqdimat tarixi, obrazların adı və xülasələr Devid Robinsonun kitabı ilə yanaşı, Cerald D. Makdonald, Maykl Konvey və Mark Riççinin yazdığı "Çarli Çaplinin filmləri" (1965) kitabında da yer almışdır.
Keystone Çaplin Keystone Studios-un 36 filmində iştirak edib. Bütün filmlərin prodüseri Mak Sennetdir. Premyera Filmin adı Orijinal adı Vəzifəsi Qeydlər Bəstəkar Prodüser Ssenarist Rejissor Rol 2 fevral 1914 Yaşamaq üçün gəlir Conni 7 fevral 1914 Venesiyada uşaq avtomobil yarışları avara "Zeytunlar və ağaclar" filmi ilə birlikdə ortaq lentdə buraxılıb (bir hissədə iki film). 9 fevral 1914 Meyblin son dərəcə çətin vəziyyəti avara Daha əvvəl çəkilsə də, "Venesiyada uşaq avtomobil yarışları" filmindən sonra nümayiş olunub. Avara obrazının geyimi ilk dəfə bu filmdə görünüb. 19 fevral 1914 Oğru ovçusu polis 2010-cu ildə aşkar edilmişdir. 28 fevral 1914 İki leysan arasında arvadbaz 2 mart 1914 Conni kinoda Conni 9 mart 1914 Qarışıq tanqo sərxoş rəqqas 16 mart 1914 Onun sevimli məşğuliyyəti sərxoş 26 mart 1914 Qəddar, qəddar sevgi lord Helpus 4 aprel 1914 Ən yaxşı sakin ən yaxşı sakin 18 aprel 1914 Meybl sükan arxasında yaramaz İki hissə 20 aprel 1914 Sevginin iyirmi dəqiqəsi cibgir 27 aprel 1914 Kabaredə tutulan ofisiant İki hissəHəmmüəllif: Meybl Normand 4 may 1914 Yağışda tutulan otelin sərxoş sakini 7 may 1914 İş günü arvad "Səhər qəzetləri" maarifləndirici filmi ilə ortaq lentdə buraxılıb. 1 iyun 1914 Həlledici çəkic pərəstişkar 4 iyun 1914 Onun dostu quldurdur quldur İtirilmiş film. Çaplinin yeganə məlum itmiş filmi. Ortaq rejissor: Meybl Normand 11 iyun 1914 Nokaut hakim İki hissə 13 iyun 1914 Meyblin iş günü sərxoş zəhlətökən 20 iyun 1914 Meyblin ailə həyatı Meyblin əri Həmmüəllif: Meybl Normand 9 iyul 1914 Nəşələndirici qaz diş həkiminin köməkçisi 1 avqust 1914 Mülkiyyətçi mülkiyyətçi iki hissə 10 avqust 1914 Üzü barın döşəməsinə rəssam "Bar otağı üstündəki üz" poeması əsasında 13 avqust 1914 İstirahət avara "Yosemit" qısametrajlı səyahət filmi ilə ortaq lentdə buraxılıb. 27 avqust 1914 Maskarad maskası kinoaktyor 31 avqust 1914 Onun yeni sənəti Çarli 7 sentyabr 1914 Bədxərclər əyyaş 14 sentyabr 1914 Təzə dalandar dalandar 10 oktyabr 1914 Bu sevgi əzabları avara 26 oktyabr 1914 Xəmir və dinamit Pyer İki hissəHəmmüəllif: Mak Sennet 29 oktyabr 1914 Ədəbsiz centlmen kasıb yarış həvəskarı 7 noyabr 1914 Onun musiqi karyerası Çarli 9 noyabr 1914 Onun görüş yeri ər İki hissə 14 noyabr 1914 Tillinin yarımçıq sevgi macərası Çarli Altı hissəAlfred Bolduin Sloun və Edqar Smitin "Tillinin qarabasması" pyesi əsasında 5 dekabr 1914 Baş tutan tanışlıq cənab Sniffls 7 dekabr 1914 Onun tarixəqədərki keçmişi avara İki hissə
Essanay Çaplin Essanay Film Manufacturing Company studiyasında 15 filmin rejissoru, ssenari müəllifi və aktyoru olub. Bütün bu filmlərin prodüseri Cess Robbinsdir. Premyera Filmin adı Orijinal adı Vəzifəsi Qeydlər Bəstəkar Prodüser Ssenarist Rejissor Rol 1 fevral 1915 Onun yeni işi statist 15 fevral 1915 Aramsız gecə avara Edna Pörviensin debütü 11 mart 1915 Çempion titula namizəd 18 mart 1915 Parkda Çarli Bir hissə 1 aprel 1915 Avtomobildən qaçış Ednanın sevgilisi 11 aprel 1915 Avara avara 29 aprel 1915 Dənizdə avara Bir hissə 21 iyun 1915 İş usta köməkçisi 12 iyul 1915 Qadın Çarli"qadın" 9 avqust 1915 Bank bank süpürgəçisi 4 oktyabr 1915 Şanxaylaşmış Çarli 20 noyabr 1915 Müzik-hollda gecə cənab Pestcənab Roudi 18 dekabr 1915 Karmen don Hozyeri 22 aprel 1916-cı ildə yenidən buraxılıb. Müəllif hüquqlarından kənarda qalmış dörd hissə Leo Vayt tərəfindən toplanmışdır. 27 may 1916 Polis Çarli 11 avqust 1918 Üçqat xoşagəlməzlik süpürgəçi Xüsusi tədqiqat aparılmadan "Polis" filmindən səhnələr və "Həyat" adlı tamamlanmamış qısametrajlı filmlə birlikdə Leo Vayt tərəfindən toplanmışdır. Burada Vaytın müəllifi olduğu yeni materiallar da var idi. Çaplin bu filmi öz tərcümeyi-halında daxil edir.
Mutual Mutual Film Corporation şirkətində ssenari müəllifi, prodüser, rejissor və aktyor kimi iştirak etdiyi 12 film çəkib. Şirkətin istehsal etdiyi bütün filmlər iki hissədən ibarət metraja malikdir. 1932-ci ildə Van Beuren Studios şirkətinin təsisçisi Emedi Van Büren 10,000 $ müqabilində Çaplinin Mutual şirkətində çəkdiyi bütün 12 filmi alır. Həmin filmlərə Cin Rodemik və Vinston Şarplsın musiqiləri və səs effektləri əlavə olunur. Həmçinin filmlər RKO Radio Pictures tərəfindən ikinci dəfə istehsala cəlb olunur.SilentComedians entry Premyera Filmin adı Orijinal adı Vəzifəsi Qeydlər Bəstəkar Prodüser Ssenarist Rejissor Rol 15 may 1916 Mağaza nəzarətçisi kasıb müştəri Həmmüəllif: Vinsent Brayan 12 iyun 1916 Yanğınsöndürən yanğınsöndürən Həmmüəllif: Vinsent Brayan 10 iyul 1916 Səfil küçə musiqiçisi Həmmüəllif: Vinsent Brayan 7 avqust 1916 Gecə saat bir sərxoş 4 sentyabr 1916 Qraf Teylorun şagirdi 2 oktyabr 1916 Lombard köməkçi 13 noyabr 1916 Ekran arxasında Devid 4 dekabr 1916 Sürüşmə meydançası ofisiant 22 yanvar 1917 Sakit küçə avarapolis 16 aprel 1917 Müalicə sərxoş centlmen 17 iyun 1917 İmmiqrant immiqrant 1998-ci ildə Milli filmlər reyestrinə daxil edilmişdir. 22 oktyabr 1917 Macəra həvəskarı məhkumluqdan qaçan
First National 1918–1923-cü illəri əhatə edən bu dövrdə Çaplin 9 filmin ssenari müəllifi, prodüseri, rejissoru və baş rolun ifaçısı kimi çıxış edir. Bu filmlər First National tərəfindən istehsal olunmuşdur. Premyera Filmin adı Orijinal adı Vəzifəsi Qeydlər Bəstəkar Prodüser Ssenarist Rejissor Rol 14 aprel 1918 İt həyatı avara Üç hissəMusiqisi The Chaplin Revue çərçivəsində bəstələnib. 29 sentyabr 1918 İstiqraz avara Yarıhissə. Qardaşı Sidni Çaplinin iştirakı ilə. 20 oktyabr 1918 Çiyinə! yeni əsgər Üç hissəMusiqisi The Chaplin Revue çərçivəsində bəstələnib. 15 may 1919 Günəşli tərəf ferma işçisi Üç hissə 15 dekabr 1919 Günün həzzi ata İki hissə. Sonradan "Uşaq" filminin ulduzuna çevriləcək Ceki Kuqanın debütü 6 fevral 1921 Uşaq avara Altı hissəMusiqisi 1971-ci ildə əlavə edilmişdir.2011-ci ildə Milli filmlər reyestrinə daxil edilmişdir. 25 sentyabr 1921 Avaralıq dərəcəsi avaraər İki hissə 2 aprel 1922 Ödəniş günü işçi İki hissə 26 fevral 1923 Abid keçmiş məhbus Dörd hissəMusiqisi The Chaplin Revue çərçivəsində bəstələnib.
United Artists 1923-cü ildən başlayaraq, Çaplin öz filmlərini United Artists şirkətində çəkməyə başladı. Bu dövrdə yaranan bütün filmlər tammetrajlı idi. Çaplin burada səkkiz filmin ssenari müəllifi, rejissoru və prodüseri kimi çıxış etdi. O, ilk nümunədən başqa bütün filmlərdə aktyor kimi çəkildi. "Böyük şəhərin işıqları" filmindən başlayaraq, Çaplin öz filmlərinə orijinal musiqi bəstələdi.