Koriski burnu () — İturup adasında yerləşən burun (Kuril adaları).
İturup adasının şimalında yerləşən Medveji yarımadasının sonucunu təşkil edir. Öz növbəsində bir sıldırımlı qayadır. Burun yaxınlığında su üstü və su altı daşlar müşahidə edilir. Burada hündürlüyü 51 metr olan bir ada vardır. Sahillərində orta qabarma 1 metrdir.
İnzibati baxımından Rusiyanın Saxalin vilayəti, Kuril şəhər dairəsinə daxildir. Yaponiya isə əraziyə iddia edir və buranı Hokkaydo qubernatorluğunun Nemuro dairəsi Sibetoro qəzasına daxil edir. Yaponiyada bəzən Koriski burnunu Yaponiyanın ucqar şimal nöqtəsi olaraq göstərirlər. Bununla belə İturup adasının ucqar şimal nöqtəsi 3 km şərqdə Tepta burnudur.
Mənbə Burunun şəkli
İstinadlar
Kateqoriya:Oxot dənizi burunları Kateqoriya:Saxalin vilayəti burunları Kateqoriya:Cənubi Kuril adaları Kateqoriya:Yaponiyanın ucqar nöqtələri