İvan Aleksandroviç Serov (, ) — sovet təhlükəsizlik və kəşfiyyat xidmətinin görkəmli lideri, Sovet İttifaqı Qəhrəmanı, ordu generalı, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (1954-1958) və Baş Kəşfiyyat İdarəsinin (1958-1963) komandanı. O, Lavrenti Beriyanın rəhbərliyi altında fəaliyyət göstərən NKVD-də komissar müavini vəzifəsində xidmət etmiş, İosif Stalinin ölümündən sonra baş verən siyasi mübarizələr zamanı əsas rol oynamışdır. Serov Mərkəzi və Şərqi Avropada gizli polis qüvvələrinin yaradılmasında və 1958-ci ildə baş verən Macar inqilabının yatırılmasında mühüm rol oynamışdır.Erwin A Schmidl, Laszlo Ritter, Peter Dennis, The Hungarian Revolution 1956, 2006
Serov həm siyasi kəşfiyyat idarəsi (KQB), həm də hərbi kəşfiyyat idarəsinə (QRU) rəhbərlik etmiş şəxs olaraq adını Sovet və rus tarixinə yazmışdır.
Erkən yaşları və hərbi karyerası Serov 13 avqust 1905-ci ildə Rusiya imperiyasının Voloqda quberniyasında yerləşən Sokolski rayonunda etnik rus ailəsində anadan olmuşdur. Rusiyada əsas dəyişikliklər də onun uşaqlıq illərinə təsadüf etmiş və 1917-ci ilin noyabrında Bolşevik inqilabı ilə bu dəyişikliklər öz kuliminasiya nöqtəsinə çatmışdır. 1923-cü ildə 18 yaşı olarkən Qırmızı Ordu sıralarına daxil olmuş, 1926-cı ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olmuş, 1928-ci ildə isə Leninqradda yerləşən Artilleriya Zabitləri Məktəbini uğurla başa vurmuşdur.Jeanne Vronskaya, Vladimir Chuguev, A biographical dictionary of the Soviet Union 1917-1988, 1989 Onun hərbi karyerasında əsas addımı Frunze Hərbi Akademiyasınından məzun olması hesab edilir.H.W. Wilson Company, Current biography yearbook, vol 17, 1957 Serov 1939-cu ildə NKVD-yə daxil olmuşdur.
İkinci dünya müharibəsində iştirakı Serov 1939-cu ildə NKVD-nin Ukrayna Komissarlığında fəaliyyətə başlamış və İkinci dünya müharibəsi zamanı Sovet gizli polisinin tərkibində çox vacib rol oynamış, 1941-ci ildə çeçenlərin və Baltik dövlətlərində yaşayan yerli əhalinin deportasiya olunmasında iştirak etmişdir.
1939-cu ildən 1941-ci ilə qədər NKVD-nin Ukrayna Komissarlığında işləyən Serov, İngiltərənin "Time" jurnalı tərəfindən Ukraynada yüz minlərlə insanın ölümünün əsas səbəbkarı kimi təqdim olunmuşdur."The Shadow of Ivan Serov" : Time, 3 dekabr 1956. Serov Ukraynada özünü "Ukraynanın cəlladı" adlandıran Nikita Xruşşovla birlikdə işləmişdir.
O, həmçinin Baltik dövlətləri və Polşadan əhalinin deportasiya olunmasının koordinasiya məsələlərinə cavabdeh olmuş, Katın qırğını zamanı isə bu qırğında iştirak etmiş yüksək rütbəli şəxslər sırasında olmuşdur."Dropping the Cop" : Time, 22 dekabr 1958.
1941-ci ildə bütün NKVD üzrə komissar müavini vəzifəsinə təyin olunmuşdur. O, bu vəzifədə olarkən Beriyanın rəhbərliyi altında Qafqaz əhalisinin deportasiya olunması və krım tatarlarının Krım yarımadasından qovulmasında da iştirak etmişdir.
Serov 1956-cı ilə qədər Polşa İctimai Təhlükəsizlik Nazirliyində əsas Sovet məsləhətçisi kimi fəaliyyət göstərmişdir.
Həmçinin bax Sovet İttifaqı Qəhrəmanı Ordu generalı (SSRİ) İkinci dünya müharibəsi
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Sovet İttifaqı Qəhrəmanları Kateqoriya:"Moskvanın müdafiəsinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:"Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:Sov.İKP-nin XX qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXI qurultayının nümayəndələri Kateqoriya:ÜİK(b)P-nin XVIII konfransının nümayəndələri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyündən xaric edilənlər Kateqoriya:SSRİ general-mayorları Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:SSRİ Dövlət Təhlükəsizlik Komitəsi şəxsləri