Mintimer Şarip oğlu Şaymiyev ( ; ) — Rusiya Federasiyasının tərkibində olan Tatarıstan Respublikasının birinci prezidenti. Etnik tatardır. İlk dəfə 12 iyun 1991-ci ildə prezident təyin olunmuş və bu vəzifəyə üç dəfə ardıcıl olaraq yenidən seçilmişdir.

Həyatı Mintimer Şarip oğlu Şaymiyev 1937-ci ildə Tatarıstan MSSR-nın Aktanışski rayonunun Anyakovo kəndində anadan olmuşdur. 1959-cu ildə Kazan Kənd Təsərrüfatı İnstitutundan məzun olmuş və kənd təsərrüfatı mühəndisi kimi işləməyə başlamışdır. 1963-cü ildə Kommunist Partiyasına üzv olmuş və 1967-ci ildə Tatarıstanın regional partiya təşkilatında kənd təsərrüfatı üzrə şöbə müdirinin müavini vəzifəsinə təyin olunmuşdur. Şaymiyev 1969-cu ildə respublikanın Meliorasiya və Su Təsərrüfatı naziri, 1983-cü ildə isə Tatar Nazirlər Kabinetinin sədr müavini vəzifəsinə təyin olunmuşdur. 1989-cu ilin sentyabrında Tatarıstan Kommunist Partiyasının baş katibi vəzifəsini yerinə yetirmiş və elə həmin il SSRİ Xalq Deputatları Konqresinə seçilmişdir. 1990-cı ilin aprelində Tatarıstan Ali Sovetinə spiker təyin olunub. 31 avqust 1990-cı ildə Ali Sovet Tatarıstanın suverenliyini elan etdikdən sonra, 12 iyun 1991-ci ildə Şaymiyev Tatarıstan SSR-nın prezidenti vəzifəsinə təyin olunmuşdur. 1992-ci ilin martında Tatarıstanın suverenliyi ilə bağlı keçirilən referendum zamanı səsvermədə iştirak edənlərin 62%-i suverenliyin leyhinə səs vermişdir. O, 2001-ci ildə Moskva şəhərinin meri Yuri Lujkovla birlikdə Vahid Rusiya partiyasının qurucusu olmuşdur.

Şaymiyev 2010-cu ilin yanvarında növbəti dəfə Tatarsıtan prezidenti olmaqdan imtina etmiş və Tatarıstanın Baş Naziri Rüstəm Minnexanovun bu vəzifəyə təyin olmasına üstünlük vermişdir. Nəticədə, 27 yanvar 2010-cu ildə ovaxtkı Rusiya Federasiyası prezidenti Dmitri Medvedyev Minnexanovu Tatarıstan prezidenti vəzifəsinə təyin etmişdir.

Həmçinin bax Tatarıstan Rüstəm Minnexanov

Xarici keçidlər

первый глава Республики Татарстан Справка на сайте Совета Федерации Official website of Mintimer Shaimiev

Kateqoriya:"Qızıl maska" mükafatı laureatları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Sov.İKP-nin XXVII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XIX konfransının nümayəndələri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvləri