İglin rayonu () — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi İglin kəndidir. Ufa şəhərindən 20 km şərqdə yerləşir. Coğrafi yerləşməsi Başqırdıstanın Ufa şəhər ətrafı zonasaında yerləşir. Rayonun ərazisi 24541 km² təşkil edir. Ərazisində Neft, manqan filizi, genişlənmiş gil, kərpic xammalı, gips, qum və çınqıl materialı və qum, tikinti daşı, agronom filizləri çıxarılır. Rayondan Ağidel, Ufa, Sim çayları axır. Ərazisinin 43,2 % meşələr tutur. Kənd təsərrüfatı ərazilərinin boz meşə və açıq boz torpaqlar təşkil edir.
Rayon ərazisindən Moskva — Çelyabinsk dəmir yolu, federal əhəmiyyətli m-5 «Ural» avtomagistralı keçir.
Tarixi Başqırd MSSR-in Mərkəzi İcra Komitəsinin Rəyasət Heyətinin qərarı ilə 31 yanvar 1935-ci ildə formalaşmışdır.
Şipovo kəndi yaxınlığında Başqırd arxeoloqları erkən dəmir dövrünə aid bir gəlinlikdə gənc qızın nadir qəbirini tapdılar.
4 iyun 1989-cu ildə Kazak kəndində Rusiya tarixində ən böyük dəmiryol qəzası baş vermişdir. Nəticədə 575 nəfər (digər mənbələrə görə 645 nəfər) həyatını itirdir.
Əhali Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Karmaskalı rayonu ərazisin milli tərkibi: ruslar — 38,3 %, başqırdlar — 32 %, tatarlar — 12,4 %, belaruslar — 8,3 %, çuvaşlar — 4,5 %, ukraynlar — 1,3 %, digər millər — 3,2 %.
İnzibati-ətazi vahidləri Rayonda 19 kənd inzivati vahidliyinə 128 yaşayış məntəqəsi daxildir.
İqtisadiyyat Rayon əsasən aqrar-sənaye rayonudur. Ərazisinin 106,7 min ha kənd təsərrüfatına cəlb olunmuşdur (rayon ərazisinin 43,5 %). 27,2 min ərazi otlaq sahələridir. Nəqliyyat Rayon ərazisindən Moskva — Çelyabinsk dəmiryolu və Ural M-5 avtomagistralı keçir.
Sosial sfera Rayon ərazisində 32 ümumtəhsil mərkəzi, 21 orta məktəb, 31 kütləvi kitabxana, 45 klub, bir rayon xəstəxanası və 2 poliklinika fəaliyyət göstərir. Burada «İglin xəbərləri» adlı qəzet buraxılır.
İstinadlar
Mənbə Rayon saytı
Kateqoriya:İglin rayonu Kateqoriya:Başqırdıstan rayonları