İran–Kontras qalmaqalı və ya İrangeyt (Uotergeyt qalmaqalının adına bənzətmə) — 1986-cı ilin sonlarında üzə çıxan və Reyqan administrasiyasındakı bəzi qüvvələrin İrana qarşı tətbiq olunmuş embarqoya baxmayaraq bu ölkəyə silah satması və ABŞ Konqresinin qadağasına məhəl qoymadan əldə olunmuş vəsait hesabına Nikaraquada hakimiyyətə qarşı döyüşən kontras silahlılarını maliyyələşdirməsi ətrafında qızışan siyasi qalmaqal.
Bu qalmaqal ciddi siyasi nəticələr doğurmadı və bu məsələ ilə bağlı olan bir çox faktlar hələ də açıqlanmamışdır. Qalmaqalla bağlı olaraq heç kim həbs edilmədi. Hətta bu əməliyyatın həyata keçirilməsində günahkar hesab olunan bəzi şəxslər sonradan ata və oğul Corc Buşların hakimiyyəti dövründə yüksək vəzifələrə təyin olunmuşlar. Onlardan ən məşhurları ABŞ-nin keçmiş müdafiə naziri Robert Geyts və 2001–2004-cü illərdə ABŞ-nin BMT-dəki səlahiyyətli nümayəndəsi, 2004–2005-ci illərdə İraqdakı səfiri, 2005–2007-ci illərdə ABŞ Milli Kəşfiyyatının direktoru və 2007–2009-cu illərdə ABŞ Dövlət katibinin müşaviri olmuş Con Neqropontedir.
Nyu-York Tayms qəzetinin məlumatına görə ABŞ İran-Kontras əməliyyatı çərçivəsində İrana aşağıdakı silahları satıb:
20 avqust 1984 – 96 ədəd "BGM-71 TOW" – Tank əleyhinə idarəolunan raket kompleksi 14 sentyabr 1984 – daha 408 ədəd "BGM-71 TOW" raket kompleksi 24 noyabr 1984 – 18 ədəd "MIM-23 HAWK" – Təyyarə əleyhinə orta radiuslu raketlər 17 fevral 1986 – 500 ədəd "BGM-71 TOW" raket kompleksi 27 fevral 1986 – 500 ədəd "BGM-71 TOW" raket kompleksi 24 may 1986 – 508 ədəd "BGM-71 TOW" raket kompleksi, "MIM-23 HAWK" raketləri üçün 240 ədəd ehtiyat hissə 4 avqust 1986 – "MIM-23 HAWK" raketləri üçün ehtiyat hissələr 28 oktyabr 1986 – 500 ədəd "BGM-71 TOW" raket kompleksi
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ tarixi Kateqoriya:İran tarixi Kateqoriya:Siyasi qalmaqallar Kateqoriya:1986-cı ildəki hadisələr Kateqoriya:ABŞ–İran münasibətləri Kateqoriya:Ərəb–İsrail münaqişəsi Kateqoriya:Siyasi tarix Kateqoriya:Antikommunizm Kateqoriya:İran-İraq müharibəsi