Yefim Qriqoryeviç Qurviç () — Azəybaycan-sovet jurnalisti və ictimai-siyasi xadimi, "Azərinform"un direktoru (1942–1958, 1962–1986).
Həyatı Yefim Qriqoryeviç Qurviç 1917-ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Orta təhsilini burada almış və 1932-ci ildə əmək fəaliyyətinə başlamışdır. Bir neçə il həmkarlar ittifaqı təşkilatlarında — Azərbaycan Həmkarlar İttifaqları Şurasında, Kooperativ və Dövlət Ticarəti İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsində, Dənizçilərin Həmkarlar İttifaqının Hövzə Komitəsində müxtəlif texniki işlərdə çalışmışdır.
1935-ci ildə komsomol üzvlüyünə qəbul edilmiş, 1936-cı ilin sentyabr ayında "Molodyoj Azerbaydjana" komsomol qəzetinin redaksiyasına işə girmişdir. O, əvvəlcə burada ədəbi işçi, ardınca məsul katib olmuş, bir müddət sonra isə "Vışka" qəzeti redaksiyasında işləmişdir. 1939-cu ilin mart ayından Azərbaycan Teleqraf Agentliyində (Azərinform) ədəbi işçi, şöbə müdiri, direktor müavini, sonra isə direktor vəzifəsində çalışmışdır.
Yefim Qurviç 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, yeddi çağırış (4-cü, 6–11-ci çağırışlar) Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. "Azərbaycan SSR əməkdar jurnalisti" və "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adlarına layiq görülmüşdür.
Yefim Qurviç 12 fevral 1987-ci ildə vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan Dövlət İnformasiya Agentliyinin rəhbərləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan yəhudiləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları