Adolfo Bioy Kasares (15.9.1914, Buenos-Ayres – 8.3.1999, Buenos-Ayres) — Argentina yazıçısı.
Fəaliyyəti 1933–34-cü illərdə Buenos-Ayres Universitetində fəlsəfə və filologiyanı öyrənmişdir. Latın Amerikasında psixoloji fantastikanın banisidir. “Morelin kəşfi” (1940) adlı ilk romanında reallıqla axirət dünyası arasındakı antiutopiya ruhlu virtual qarşılıqlı əlaqəni təsvir etmişdir. “Qaçış planı” (1945), “Qəhrəmanların yuxusu” (1954), “Donuzlarla müharibə gündəliyi” (1969), “La-Platada fotoqrafın macəraları” (1985) və s. romanların müəllifidir. “Qəribə əhvalat” (1956), “Böyük serafim” (1967) və s. hekayə topluları var. X.L. Borxeslə birlikdə parodiyalı detektivlər, çoxsaylı antologiyalar yaratmışdır.
Həmçinin bax Alfonsina Storni Xorxe Luis Borxes Xulio Kortasar
İstinadlar
Xarici keçdilər Karikatura və obituar
Kateqoriya:Argentina yazıçıları Kateqoriya:Buenos-Ayresdə doğulanlar Kateqoriya:Buenos-Ayresin fəxri vətəndaşları