Kulbaş — Başqırdıstanın Uçalı rayonu ərazisində Ozyornı və Kazakulov kənd sovetliyi arasında yerləşən bataqlıq.

Coğrafiyası Bataqlıq Uzunkul gölündən şimalda yerləşir. Gölün şimal hissəsidə daxil olmaqla bataqlığın bir hissəsi Uçalı rayonunun xüsusi qorunan təbiət ərazilərindəndir. Bataqlıq ərazisində su-bataqlıq təbiət ərazilərinin qorunması üçün xüsusi bir yasaqlıq olaraq təşkil olunması planlaşdırılır. Bataqlıq ərazisinin sahəsi 300 ha-dır.

Flora Bataqlıq ərazilərində zəngin su-bataqlıq bitkiləri yayılmışdır. Onların ekoloji əhəmiyyəti olduqca böyükdür.

Fauna Bataqlıqda Yaşılbaş ördək, Ağqaş qaz, qaradöş qaqar və digər o cümlədən nadir növ quşlar yayılmışdır.

İstinadlar

Kateqoriya:Başqırdıstan bataqlıqları Kateqoriya:Uçalı rayon su obyektləri