Balqaş () — Qazaxıstanın Karaqanda vilayətində yerləşən şəhər. Balxaş gölünün şimal sahilində, Qazaxıstan alçaq təpəliyinin cənubunda yerləşir.
1937-ci ildə əsası qoyulan Balqaş şəhəri ölkənin əsas misəritmə və mədən sənayesi mərkəzi olaraq fəaliyyət göstərmişdir. Şəhər ölkənin Çinlə dövlət sərhədindən təqribən 500 km qərbdə yerləşir.
Əhalisi 1 yanvar 2014-cü il tarixinə olan məlumata əsasən şəhərin etnik tərkibi aşağıdakı kimi olmuşdur: qazaxlar: 50 739 nəfər (65.05%) ruslar: 21 901 nəfər (28.08%) koreyalılar: 1 128 nəfər (1.45%) almanlar: 1 039 nəfər (1.33%) tatarlar: 887 nəfər (1.14%) ukraynalılar: 813 nəfər (1.04%) çeçenlər: 147 nəfər (0.19%) özbəklər: 144 nəfər (0.18%) belaruslar: 121 nəfər (0.16%) azərbaycanlılar: 115 nəfər (0.15%) digər: 968 nəfər (1.24%) Cəmi: 78 002 nəfər (100.00%)
Həmçinin bax Qazaxıstan şəhərləri Karaqanda vilayəti Balqaş gölü
İstinadlar
Kateqoriya:Qazaxıstan şəhərləri Kateqoriya:Sovet İttifaqında salınmış şəhərlər