Bəşərü (hidronim) — Astara və Lənkəran rayonları ərazisində çay.

Coğrafiyası Lənkəran çayının sağ qoludur. Uzunluğu 38 km, Talış silsiləsindən (1800 m. yüksəklikdən) başlanır.

Adı Toponim talış dilindəki bəş (qol) (-ə bitişdirici sait) və rü (çay) sözlərinin birləşməsindən düzəlib, "çay qolu" deməkdir.

İstifadəsi Suvarmada istifadə edilir. Suyunun bir hissəsi kanalla Xanbulançay su anbarına axıdılır.

İstinadlar

Kateqoriya:Azərbaycan çayları Kateqoriya:Astara rayonu Kateqoriya:Lənkəran rayonu