Teyşebaini qalası — E.ə. VIII əsrin ortalarında Urartu çarı tərəfindən Zəngiçay kənarında, İrəvan şəhəri yaxınlığında, Qırmızıtəpə təpəsində müharibə tanrısı Teyşebanın şərəfinə salınmış qədim qala.

Urartu canişininin iqamətgahı yerləşən bu böyük şəhər-qala narınqala adlı iç qala və qalanın cənubunda və qərbində yerləşən şəhər yerlərindən ibarət olub. Narınqlanın böyük hissəsini 150 otaqdan ibarət saray kompleksi təşkil edib. Qala divarlarının ümumi uzunluğu 700 metr olmuş, qala sahəsi 15 ha. ərazini tutmuşdur.

Teyşebaini şəhəri və qala təxminən e.ə.585-ci ildə kimmerlər və sakların toqquşmasında dağıdılıb.

İstinadlar

Kateqoriya:Ermənistan qalaları Kateqoriya:Urartu qalaları Kateqoriya:İrəvan tikililəri