thumb|Cəmiyyətin Sankt-Peterburqda yerləşdiyi bina Rusiya Coğrafiya Cəmiyyəti ( və ya qısaca ВОО «РГО») — Rusiya Federasiyasının coğrafi sahədə fəaliyyət göstərən ən böyük ictimai təşkilatı. Paris (1821), Berlin (1828) və Londonda (1830) yaradılmış təşkilatlardan sonra dünyanın ən qədim coğrafiya cəmiyyətidirБерг Л. С. Географическое общество за 95 лет // Известия Всесоюзного географического общества. 1941. Т. 73. Вып. 3. С. 335—352.. Mərkəzi qərargahı Sankt-Peterburq şəhərində yerləşir. Rəhbəri Sergey Şoyqudur.
Tarixi thumb|125 illiyi münasibətilə 1970-ci ildə buraxılmış SSRİ poçt markasıМарка СССР: Эмблема Общества на фоне условного изображения земных полушарий. Серия: 125-летие Географического общества СССР (учреждено 18/Viii 1845) Cəmiyyət Rusiya imperatoru I Nikolayın qərarı ilə 18 avqust 1845-ci ildə yaradılmışdır.
Rəsmi adları Cəmiyyət mövcudluğu dövründə dəfələrlə öz adını dəyişdirmişdir: 1845—1850 Rusiya Coğrafiya Cəmiyyəti () 1850—1917 İmperator Rusiya Coğrafiya Cəmiyyəti () 1917—1925 Rusiya Coğrafiya Cəmiyyəti () 1925—1939 Dövlət Coğrafiya Cəmiyyəti () 1940—1992 SSRİ Coğrafiya Cəmiyyəti və ya Ümumittifaq Coğrafiya Cəmiyyəti ()c 1940 — Известия Всесоюзного географического общества ) 1992—1995 Rusiya Coğrafiya Cəmiyyəti () 1995-ci ildən "Rusiya Coğrafiya Cəmiyyəti" Ümumrusiya İctimai Təşkilatı ()
Cəmiyyətin qəyyumları və himayəçiləri thumb|Vladimir Putin və Sergey Şoyqu Cəmiyyətə müxtəlif vaxtlarda bir sıra dövlət başçıları qəyyumluq və himayəçilik etmişlər: I Nikolay II Aleksandr III Aleksandr II Nikolay 2009-cu ilin noyabr ayından Vladimir PutinПопечительский совет РГО в марте 2011 года предоставит гранты на новые проекты – Путин. rgo.ru
Rəhbərlik thumb|Rəhbərlərin cəmiyyətin əsas binasında yerləşmiş portretləri Müxtəlif illərdə Rusiya Coğrafiya Cəmiyyətinə Rusiya İmperator Evinin nümayəndələri, tanınmış səyahətçilər, tədqiqatçılar və dövlət adamları rəhbərlik etmişdir. thumb|Sergey Şoyqu 1845-ci ildən indiyədək, cəmiyyətin cəmi 12 rəhbəri olub. Hazırda cəmiyyətə rəhbərliyi prezident edir. 2009-cu ilin noyabr ayından rəhbəri ordu generalı Sergey ŞoyqudurRusiya coğrafiya cəmiyyəti tədbir keçirdi - Muğam mərkəzində - FOTOLAR . news.atv.az, 18.08.2016 . O, həm də Rusiya Federasiyasının müdafiə naziridir. № Rəhbərlik illəri Rəhbər Vəzifə 1. 1845—1892 Böyük knyaz Konstantin Nikolayeviç Sədr 2. 1892—1917 Böyük knyaz Nikolay Mixayloviç Sədr 3. 1917—1931 Yuli Şokalski Sədr 4. 1931—1940 Nikolay Vavilov Prezident 5. 1940—1950 Lev Berq Prezident 6. 1952—1964 Yevgeni Poplovski Prezident 7. 1964—1977 Stanislav Kalesnik Prezident 8. 1977—1991 Aleksey Tryoşnikov Prezident 9. 1991—2000 Sergey Lavrov Prezident 10. 2000—2002 Yuri Seliverstov Prezident 11. 2002—2009 Anatoli Komaritsın Prezident 12. 2009—hal-hazırda Sergey Şoyqu Prezident
Fəxri prezidentləri 1931—1940 — Yuli Şokalski 1940—1945 — Vladimir Komarov 2000—hal-hazırda — Vladimir Kotlyakov
İdarəetmə orqanları Mövcud Nizamnamənin 5-ci hissəsinə görə cəmiyyətin idarəetmə orqanlarının strukturuna aşağıdakılar daxildir: Konqres; Himayəçilər Şurası; Media Şurası; İdarə Şurası; Elmi Şura; Ağsaqqallar Şurası; Regionlar Şurası; Cəmiyyətin prezidenti; İdarə Heyəti; Təftiş Komissiyası.
Cəmiyyətin Moskva və Sankt-Peterburq şəhərlərində qərargahları var.
Üzvləri 1917-ci ilə qədər cəmiyyətin təxminən min üzvü var idi.
2016-cı ilin avqust ayına olan məlumata görə 19 min üzvü olmuşdur. Hazırda onun nümayəndələri Ural, sibir, Uzaq şərq, Hindistan, İran və digər ərazilərin araşdırması və təhlilində müstasna rola malikdirlər.
Rusiya Federasiyasının bütün 85 regionunda şöbələri fəaliyyət göstərir.
Strukturu Fiziki coğrafiya bölməsi Riyazi coğrafiya bölməsi Statistika bölməsi Etnoqrafiya bölməsi Siyasi-iqtisadi komitə Arktikanın araşdırılması üçün komissiya Seysmik komissiya
Qurultayları 1933 — Ümumittifaq coğrafiyaçılarının qurultayı (Leninqrad) 1947 — I (Leninqrad) 1955 — II (Moskva) 1960 — III (Kiyev) 1964 — IV (Moskva) 1970 — V (Leninqrad) 1975 — VI (Tbilisi) 1980 — VII (Frunze) 1985 — VIII (Kiyev) 1990 — IX (Kazan) 1995 — X, yubiley (Sankt-Peterburq) 2000 — XI (Arxangelsk) 2005 — XII (Kronştadt) 2009 — XIII, növbədənkənar (Moskva) 2010 — XIV (Sankt-Peterburq) 2014 — XV (Moskva)
Regional ofisləri Cəmiyyətin ilk "periferik şöbələri" Qafqaz üzrə 1850-ci ildə Tiflisdə, Sibir üzrə isə 1951-ci ildə İrkutskda yaradılmışdırКлеопов И. Л. Геологический комитет. Москва: Наука, 1964. С. 15. .
Cəmiyyətin digər filialları Vilnüs (1867), Orenburq (1867), Kiyev (1873), Omsk (1877), Xabarovsk (1894), Daşkənd (1897) və digər şəhərlərdə yaradılmışdır. Vilnüs və Kiyevdəki şöbələr 1876-cı ildə fəaliyyətlərini dayandırmışlar.
Bəzi təşkilatlar tamamilə müstəqil idi - məsələn, Amud rayonunun öyrənilməsi üzrə Cəmiyyət 1884-cü ildə Vladivostokda yaradılmış və yalnız 1894-cü ildə rəsmi olaraq Rusiya Coğrafiya Cəmiyyətinə daxil edilmişdir.
1917-ci ilə qədər cəmiyyətin on bir bölməsi var idi.
Hazırda Rusiya Federasiyasının bütün subyektlərində Rusiya Coğrafiya Cəmiyyətinin filialları var.
Xarici əlaqələri 1956-cı ildən Beynəlxalq Coğrafiya İttifaqının üzvüdür.
Həmçinin bax Coğrafiya cəmiyyətlərinin siyahısı
İstinadlar
Ədəbiyyat Берг Л. С. Всесоюзное Географическое общество за сто лет. — М.-Л.: Изд-во АН СССР, 1946. — 264 с. — 5000 экз. Географическое общество Союза ССР. 1917—1967 / Авт.-сост.: И. Б. Костриц, Д. М. Пинхенсон; Под ред. чл.-корр. АН СССР С. В. Калесника; Оформление худож. В. И. Примакова. — М.: Мысль, 1968. — 272 с. — 5500 экз. Географическое общество за 125 лет / Ред. С. В. Калесник, Л., 1970. Двадцатипятилетие Императорского Русского Географического общества 13 января 1871 г. СПб., 1872. Константинов О. А. Сто двадцать пять лет Географическому обществу СССР. Л., 1970. Русское географическое общество. 150 лет — М.: АО «Прогресс», 1995. Семёнов-Тян-Шанский П.П. История полувековой деятельности Императорского Русского Географического общества 1845—1895: В 3 частях. — СПб.: В тип. В. Безобразова и Комп., 1896. Часть I-я. — XXX, 468 с. Часть II-я. Отдел IV. — XI, 471—979 с. Часть III-я. Отдел V, Приложения, Указатель и состав Общества. — VIII, 983—1377, 66 с. Состав Императорского Русского географического общества по 1 января 1913 года с дополнениями по 1 октября 1913 года. Типография «Строитель». Санкт-Петербург. 1913.
Xarici keçidlər
Русское географическое общество, Московский центр (официальный сайт с 1999 по 2010 год) История РГО Издания РГО — Электронная библиотека Русское географическое общество, Историко-культурный интернет-портал «Энциклопедия Санкт-Петербурга» Семёнов-Тян-Шанский, Географическо-статистический словарь Российской Империи (в 5 томах) на сайте «Руниверс» Журнал «Земля и люди» о наградах Географического общества АН СССР. Июль 1967.
Kateqoriya:18 avqustda yarananlar Kateqoriya:1845-ci ildə yarananlar Kateqoriya:Rusiya təşkilatları Kateqoriya:Coğrafiya tarixi