Cavad xan dəftərxanası — XVIII əsrdə Gəncə xanı Cavad xanın göstərişi ilə tikilmiş və 2012-ci ilə qədər tarixi binasında, 2012-dən sonra isə yeni tikilmiş binasında mövcud olan tikili.

2012-də sökülən tarixi bina 1968-ci ildən “Ölkə əhəmiyyətli tarixi abidə” kimi qorunurdu və qədim qırmızı Gəncə kərpicləri ilə tikilmişdi. İnventar nömrəsi 185-dir.

Tarixi

Abidə XVIII əsrdə Cavad xanın əmri ilə tikilmişdir. Binanın tikintisində qırmızı kərpic və gil-əhəng qatışığından istifadə edilib.

Cavad xanın dövründə binada Usuf bəyin rus dili məktəbi fəaliyyət göstərib. Sovet dövründə gürcü şairi Nikolaz Baratişvilinin ev muzeyi kimi də istifadə olunub. Nikolaz Baratişvili 1845-ci ilin may ayından oktyabr ayınadək Gəncədə Qəza rəisinin müavini vəzifəsində işləyərkən, bu binada yaşamış və işləmişdir.

Tarixi abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 №-li Qərarı ilə təsdiq edilmiş, "Azərbaycan Respublikası ərazisində Dövlət Mühafizəsinə götürülmüşdür. Daşınmaz tarix-mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsün"də ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qeydə alınmışdır.

2012-ci ilə qədər Cavad xanın dəftərxanası muzey kimi fəaliyyət göstərib. Tarixi bina 2012-ci ilin 4 aprel tarixində sökülmüş və yerində yenisi tikilmişdir.

İstinadlar

Həmçinin bax Cavad xan türbəsi

Xarici keçidlər

Gəncənin maddi mədəniyyət abidələri

Kateqoriya:Gəncə abidələri Kateqoriya:Gəncənin sökülən abidələri Kateqoriya:Arran memarlıq məktəbi Kateqoriya:Gəncə mədəniyyəti Kateqoriya:Gəncə xanlığı