Hadisələr Yanvar 24 yanvar — Böyük Britaniya tarixində ilk dəfə başçılığı ilə birinci leyborist hökumətin təşkil edilməsi. 31 yanvar — SSRİ-nin qəbul edilməsi.
Fevral 1 fevral — Böyük Britaniya tərəfindən SSRİ-nin tanınması. 3 fevral — Bakıda tramvay nəqliyyatının işə salınması. 9 fevral — Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (Naxçıvan MSSR) təşkil edilməsi.
Mart Çində Milli İnqilabi Ordu tərəfindən Şanxay və Nankinin azad edilməsi. Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən "Qədim abidələrin qeydə alınması və onların mühafizəsi" haqqında qərar qəbul edilməsi. 24 mart — İngilis və amerikan hərbi gəmiləri tərəfindən Nankinin atəşə tutulması.
Aprel Çan Kayşinin Nankində öz dövlətini yaratması.
May 5—9 may — Azərbaycan K(b)P VI qurultayının keçirilməsi.
Oktyabr 6 oktyabr — Azərbaycan kənd təsərrüfatı kooperasiyası ittifaqının - "Göybirliyi"nin təşkili. 9 oktyabr — Almaniyada Hökumət tərəfindən parlamentin buraxılması və yeni seçkilər təyin edilməsi. 27 oktyabr — SSRİ-nin tərkibində Özbəkistan SSR-in yaradılması. 29 oktyabr — Almaniyada keçirilən növbədənkənar parlament seçkilərində leyboristlərin məğlub olması. Türkiyədə "Sənayedə həvəsləndirmə haqqında" qanunun qəbul edilməsi. Suraxanıda turbobur vasitəsilə ilk neft quyusunun qazılması.
Doğumlar 5 yanvar — Məşədixanım Nemətova, Azərbaycanın görkəmli tarixçi alimi. 11 yanvar — Tofiq Abasov, Azərbaycan idmançısı, Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman xadimi (1964), SSRİ əməkdar məşqçisi (1960), professor (1988). 29 yanvar — Bianka Mariya Pitçinino, İtaliyalı ictimai xadim. 3 mart — Liz Assia, İsveçrə müğənnisi. 1 may — Viktor Astafyev, rus yazıçısı. 7 iyun — Məlik Dadaşov, aktyor, xalq artisti 21 iyun — Marqa Lopes, Meksika aktrisası 19 iyun — Vasil Bıkov, Belarus yazıçısı. Belarusiya SSR xalq yazıçısı (1980). Sosialist Əməyi Qəhrəmanı (1984), Lenin (1986) və SSRİ Dövlət (1974) mükafatları laureatı. 14 dekabr — Rac Kapur, Hind aktyoru, rejissoru, prodüseri.
Ölümlər 21 yanvar — Vladimir İliç Lenin, SSRİ-nin qurucusu 3 fevral — ABŞ-nin siyasi və dövlət xadimi Vilson Tomas Vudro 10 aprel — , Kosta Rika diplomatı