Devid Xarvi() — ingilis-amerikan coğrafı, "radikal coğrafiyanın" əsasını qoyan, marksizmin davamçısı. 2007-ci ildə dünyanın ən 18 intelektual sosial elmlərlə məşğul olan mütəffəkkirindən biri kimi seçilmişdir.

Bioqrafiya Qillenximdə anadan olub (Kent, İngiltərə). Tarixçi-coğraf kimi fəaliyyətə başlamışdır. O ilk dəfə riyazi üsulların coğrafiyaya tətbiq edilməsi ilə məşğul olmuş, məşhur "Coğrafiyada izahat" (Explanation in Geography, 1969) kitabının müəllifidir. Hansı ki, həmin kitabda ingilis-amerikan məktəblərinin metodoloji və fəlsəfi mövqeləri öz əksini tapmaqdadır. Coğrafiyada mütləq yerin tənqid edilməsi işin əsasını təşkil edir ki, o da Kantın nəzəriyyəsinin məhsulu hesab edilir. 1970-ci illərin əvvəlindən etibarən, o öz yanaşmasını dəyişməklə, Villiam Bunge kimi sosial ədalət problemlərini öyrənməyə başladı. Bungeden fərqli olaraq Harvi marksistdir. 1969-cu ildə ABŞ-yə Baltimora köçdü. Şəhər gettosunun öyrənilməsi ilə yerli universitetlərdə məşğul olmağa başladı. Sonralar Harvey yaşayış yerini və təlim istiqamətlərini dəfələrlə dəyişdi: Uppsala Universiteti, İsveç 1960–1961 Müəllim, Coğrafiya, Bristol Universiteti, Böyük Britaniya (1961–1969) Professor-köməkçisi,1973-cü ildən-coğrafiya və torpaqşünaslıq şöbəsinin professoru Johns Hopkins Universiteti, Baltimore, ABŞ (1969–1987 və 1993–2001) Coğrafiya professoru, Oksford Universiteti (1987–1993) Nyu-York Universitetinin antropologiya şöbəsinin hörmətli professoru (2001) 1970-ci illərin əvvəllərindən bəri nəşr olunan əsas əsərlər: Sosial ədalət və şəhər ("Social Justice and the City", 1973) Kapitalın limitləri ("Limits to Capital", 1982)-Marksist baxımından kapitalizmin coğrafi təhlili Postmodernizm şərtləri ("The Condition of Postmodernity", 1989) postmodernizm ideyalarının tənqidinə həsr olunmuş bir bestseller Təbiət və fərqlərin coğrafiyası ("Justice, Nature and the Geography of Difference", 1996) sosial və ekoloji ədalət haqqında Ümid boşluqları ("Spaces of Hope", 2000) sosialist utopiya Yeni emperyalizm ("New Imperialism", 2003) ABŞ-nin İraqdakı hərbi əməliyyatını tənqidi Neoliberalizmin qısa tarixi ("A Brief History of Neoliberalism", 2005) 1970-ci illərin ortalarından etibarən neoliberal ideyaların inkişafının tənqidi təhlili. Qlobal kapitalizmin boşluqları ("Spaces of Global Capitalism: Towards a Theory of Uneven Geographical Development", 2006) Kosmopolitanizm və azadlıq coğrafiyası ("Cosmopolitanism and the Geographies of Freedom", 2009)

İstinadlar

Kateqoriya:ABŞ alimləri Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Cons Hopkins Universitetinin müəllimləri Kateqoriya:London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin müəllimləri Kateqoriya:Bristol Universitetinin müəllimləri Kateqoriya:Antiimperializm