Müqəddəs Pyotr bazilikasının günbəzi () — Roma daxilində Papalıq anklavı olan Vatikan şəhərində yerləşən İtalyan İntibahı dövrünə aid Müqəddəs Pyotr bazilikasının mərkəzi kəsişmə hissəsini örtən günbəzdir.
Günbəz, insan əli ilə inşa edilmiş ən böyük daş hörmə tavanlardan biridir; o, 42 metr diametrəÖlçülərində görə Panteonun beton günbəzindən və hörgüsünə görə Florensiya kafedralının günbəzindən kiçikdir., kilsənin təməlindən günbəz fənərinin zirvəsinə kimi 130 metrdən çox hündürlüyə malikdir. Günbəzin intibah memarlığından barokko memarlığına keçid dövrünü əks etdirən formaları, 1564-cü ildə vəfat edənə kimi bazilikanın inşasında iştirak etmiş Mikelancelo Buonarrotinin dizaynı əsasında inşa edilmişdir.
Roma şəhərinin simvollarından biri olan günbəz xalq dilində sadədə “Dome” adlandırılır. Günbəzdən Vatikana, eləcə də Romanın bütün qədim ərazilərinə 360° mənzərə açılır.
Tarixi Layihə
200px|thumb|left|Bramantenin erkən günbəz layihəsi XVI əsrin əvvəllərində Roma Papası II Yuli Vatikandakı Köhnə Müqəddəs Pyotr bazilikasında yenidənqurma işlərinin aparılmasına qərar verir və layihə memar Donato Bramanteyə həvalə edilir. Bramante özündən sonra hansısa tamamlanmış layihə qoymasa da, belə bir fikir vardır ki, onun orijinal ideyasına əsasən yunan xaçı formalı (ilk xristian şəhidlərinin xatirəsinə) binanın mərkəzi hissəsində dam yarımsferik günbəzlə tamamlanmalı idi.P. Murray, L'architettura del Rinascimento italiano, Bari 2007, p. 148. İtalyan zərgər Kristoforo Foppa tərəfindən 18 aprel 1506-cı ildə kilsənin təməlqoyması şərəfinə zərb edilmiş sikkə üzərindəki təsvir və ideal ahəng axtarışının memar tərəfindən əsas altarın qeyd edilməməsinə gətirdiyi, İntibah ideallarının hətta kilsənin içərilərinə də yol tapmasını təsdiq edən məşhur “perqament planı” da bu fikri təsdiq edir.N. Pevsner, cit., p. 130.
İşlər 1513-cü ildə pontifikin ölümünə kimi mərkəzi hissənin inşasında davam etdirilmişdir. II Yulidən sonra taxta keçmiş, Mediçilər sülaləsindən olan Papa X Levin hakimiyyəti dövründə Rafael Santi əvvəlcə Covanni Cakonda ilə birlikdə, daha sonra isə layihənin baş memarı kimi təklikdə bazilikanın planın bəzi dəyişikliklər etmişdir.P. Ruschi, Studi per il tamburo e per la cupola di San Pietro, in Michelangelo architetto a Roma, Cinisello Balsamo, 2011, p. 121. 1520-ci ildə Rafaelin ölümündən sonra inşaatı Baldassare Peruççinin assisentliyi ilə Kiçik Antonio da Sanqalla davam etdirsə də, işlərdə çoxlu ləngimələr baş vermişdir. 1539-cu ildən Sanqallo, Bramantenin yunan və Rafaelin latın xaçı fomalı planlarının sintezindən yaratdığı, ikiqat baraban üzərində ucalan və hündür fənərlə tamamlanmış altı guşəli günbəzlə örtülən yeni bazilikanın nəhəng taxta modelini yaratmağa başlayır.
1543-cü ildə Sanqallo artıq, barabanın beş tağının yelkənlərini quraşdırmışdı.J.S. Ackerman, L'architettura di Michelangelo, Torino 1968, p. 220. 1546-cı ildə Sanqallonun ölümündən sonra inşaat işlərinə yetmiş yaşlı Mikelancelo rəhbərlik etməyə başlayır.P. Ruschi, cit., p. 121. Sələfinin işlərinə neqativ yanaşan Mikelancelo orijinal çertyoja qayıtmaq üçün bir çox strateji söküntü işləri aparmışdır.
Mikelancelo layihəsinin tarixi çoxsaylı inşaat sənədləri, məktublar, Mikelancelonun və digər rəssamların təsvirləri, freskalar və Corco Vazari kimi tikintinin müasirlərinin qeydləri ilə sənədləşdirilmişdir. Lakin, buna baxmayaraq əldə olan məlumatlar bir-birinə ziddir. Bunun da əsas səbəbi odur ki, Mikelancelo heç vaxt bazilika üçün yekun layihə hazırlamamış, inşaat prosesi davam etdikcə ayrı-ayrı hissələrin çertyojlarını çəkmişdir.A. Brodini, San Pietro in Vaticano, in Michelangelo architetto a Roma, Cinisello Balsamo, 2009, p. 170. Lakin, Mikelancelonun ölümündən sonta müxtəlif rəssamlar, o cümlədən Stefano Düperak tərəfindən toskan stilində çəkilmiş və qısa müddətdə məşhurlaşmış, bazilikanın ümui görünüşü haqqında təəssürat yaradan bir neçə qravür nəşr edilmişdir.V. Zanchettin, Il tamburo della cupola di San Pietro, in Michelangelo architetto a Roma, cit., p. 180. Bramantenin mərkəzdə yerləşən böyük xaçı əhatə edən dörd kiçik xaçlı layihəsini Mikelancelo kvadrat ambulator təmələ əsaslanan xaç layihəsi ilə əvəz etmişdir ki, bununla da məbədin daxili həcmi sadələşdirilmişdir. Beləcə bazilikanın dayaq nöqtəsi, Filippo Brunelleski tərəfindən Florensiya kafedralı üçün işlənilmiş günbəzin nəzəriyyəsindən ilhamlanaraq hazırlanmış mərkəzi günbəzə keçirilmişdir.N. Pevsner, cit., p. 149.
Kasa Buonarottidə (13 A) saxlanan və 1554-1555-ci illərdə çəkilmiş rəslər Mikelancelonun günbəz barabanını layihəsinin ilk sübutudur.P. Ruschi, cit., pp. 122-123. Ehtimal ki, bbu təsvir taxta maketin hazırlanmasında istifadə olunmalı idi. Baraban çertyojunun bir hissəsinin əldə edilməsinə baxmayaraq, ona əsaslanaraq daxili pilyastrların, dairəvi pəncərələrin, qoşa sütunlarla tamamlanan radial ulduzlar sisteminin olmasını ehtimal etmək olar. Bu təsvir, Fransanın Lil şəhərindəki İncəsənət sarayında saxlanan təsvirlə əlaqəlidir. Həmin təsvirdə barabanla yanaşı, dairəvi okulları, qoşa sütunları və heykəllərlə bəzədilmiş yüksək karnizi olan günbəz hissəsi də görünür. Gözlüklər və qoşa sütunların varlığı Mikelancelo və Brunelleskinin işləri arasında kəsilməz əlaqənin olmasını göstərir: bu cür həll forması 1519-1520-ci illərdə Florensiya kafedralının günbəzinin tamamlanması üçün Mikelancelo tərəfindən çəkilmiş və Kasa Buonarottidə saxlanan erkən təsviri xatırladır.P. Ruschi, cit., pp. 123-124.
Okulus pəncərə ideyası 1557-1558-ci illərdə Mikelancelo tərəfindən günbəz və barabanın taxta modeli sifariş edilənə kimi (gil model 1556-cı ildə hazırlanmışdı) bütünlüklə layihədən çıxarılmış, və adi pəncərələrlə əvəzlənmişdi; sıra tağlar yerinə əyri litavrların olması bu modeli inşa edilmiş günbəzdən fərqləndirən əsas xüsusiyyət olmaqla, həm də inşa tamamlanana kimi günbəzin müxtəlif forma və quruluşlara malik dizaynlarının hazırlanmasını göstərir. Model, barabanın inşasına başlandıqdan sonra hazırlanmış və ehtimal ki, günbəzin ilkin görünüşünü dəyişə biləcək detallardan imtina edilmişdir; buna görə də həmin model də Mikelancelonun əsl niyyətini anlamağa kömək etmir. Bundan əlavə Mikelancelo, yekun layihəsi olmayan bazilikanın planına istədiyi kimi dəyişikliklər etmək hüququna malik idi; buna görə də reallaşdırılmış model iş üçün yekun nəticə hesab edilə bilməzdi.A. Brodini, cit., p. 171.
Həmçinin, ehtimal etmək olar ki, model Stefano Düprekin təsvirindəki kimi yarımsferik forma əmələ gətirən ikili tağa (daxili və xarici) da malik idiP. Ruschi, cit., p. 129.; istənilən halda XVI əsrin sonlarında layihə Cakomo Della Porta və Domeniko Fontana tərəfindən dəyişdirilmiş, daha hündür inşa edilərək həm uzaqdan yaxşı görünməsi təmin edilmiş, həm də nəhəng inşaat strukturunun yanlara verdiyi ağırlıq təzyiqi aşağı salınmışdır.
İnşaat
Mikelancelo layihə üzərində işə başladıqda əvvəlki memarlar tərəfindən yaradılmış, günbəz sütunları arasında asılan və qabıq diametrini müəyyənləşdirən tağların sökülməsi ilə strukturun məhdudladırılmasına qərar verir. Bazilikanın ümumi formalarını düzəltməyə çalışan Buonarotti binanın əlaqəsiz hissələrinin inşasına başlayır. Cənub qanadının apsidasından başlayan sənətkar inşaatı attikaya kimi çatdırır, daha sonra yan sövmələr inşa edilir, bazilikanın və günbəzin barabanının parametrini müəyyən edərək yaratdığı dizaynın gələcəkdə fundamental dəyişikliklərə məruz qalmasının qarşısını alır.A. Brodini, cit., p. 173.
1549-cu ildə baraban karnizi altında yerləşən sokolun inşasına başlanılır və 1552-ci ildə inşaatın bu mərhələsinin tamamlanması Müqəddəs Pyotr fabrikasının nahar yeməyi verməsi ilə qeyd edilir.A. Brodini, cit., p. 174. Baraban dairəsinin inşasının tamamlanmasından sonra növbə günbəzin əsas hissəsinin inşasına çatmışdı. Əsas hissənin inşasına 1554-cü ildə Fiano Romanodan olan travertindən təməlin qoyulması ilə başlanılmış və inşaat 1561-ci ildə daxili və xarici sütunların kapitellərinin və radial yarğanların yarımpilyastrlarının inşası ilə tamamlanmışdır.V. Zanchettin, cit., p. 185. 1564-cü ildə Buonarottinin vəfatı zamanı günbəz barabanı yarğanın yuxarısına kimi tamamlanmışdı; lakin, ehtimal ki, memar ömrünün son ilində, sonradan Cakomo Della Porta tərəfindən tamamlanmış əsas antablementin traveyasının inşası ilə məşğul olmuşdu.V. Zanchettin, cit., p. 194.
Mikelancelonun ölümündən 23 il sonraLuciana Cassanelli, Bruno Contardi, Roma sacra: guida alle chiese della città eterna, Napoli 1995., 19 yanvar 1587-ci ildə günbəzin inşasının tamamlanması Della Porta və Domeniko Fontanaya həvalə edilir.P. Murray, cit., p. 158. 1588-ci ildə başlamış inşaat çoxlu işçi və inşaat materialının istifadəsi ilə sürətlə davam etdirilirdi: 1590-cı ildə günbəzin günbəzin strukturu müəyyən edilir, 1593-cü ildə isə Papa VIII Klimentin dövründə günbəzin xarici üzü üçün qurğuşun plitələrin döşənməsinə başlanılır.M. Carusi, La struttura portante della cupola di Della Porta: 1588-2010, in "Annali di architettura: Rivista del Centro Internazionale di Studi di Architettura Andrea Palladio di Vicenza", n. 22, 2010. 300px|thumb|right|Mikelancelonun kilsə layihəsinin yan kəsimi Həmin pontifikin hakimiyyəti dövründə günbəz fənərinin zirvəsində qızıl suyuna çəkilmiş və üzərində Sebastyano Torriqiani tərəfindən hazırlanmış xaç ucalan bürünc sfera ucaldılmışdır. Əsas günbəzin yanlarında struktur funksiyası daşımayan, nəzəriyyəsi Yakopo Baroççini və Pirro Liqorio tərəfindən hazırlanmış kiçik günbələr də vardır.A. Brodini, cit., p. 178. 1603-1612-ci illərdə nəhayət ki, Cüzeppe Sezari və Covanni de Vekki tərəfindən çəkilmiş eskiz əsasında günbəzin mozaika ilə bəzədilmiş daxili dizaynı işləri həyata keçirilmişdir.Gianfranco Spagnesi, Roma: la Basilica di San Pietro, il borgo e la città, 2003, p. 143.
Qeyd etmək lazımdır ki, Della Porta və Fontana yalnız Mikelancelonun təsvirlərinin icraçısı olmamışlar; əslində onlar təsvirlərin texniki baxımdan həyata keçirilməsini həll etmişlər ki, bu da XVI əsrin ən mühüm texniki uğurlarından biri hesab edilir. Onlar yalnız Buonarottinin yarımkürə dizaynını dəyişərək onu Brunelleskinin dizaynına yaxınlaşdırıb yumurtavari formaya salmaqla kifayətlənməmiş, həm də xüsusilə yuxarı hissədə hörgüdə dəyiışiklik edərək təzyiqin azaldılması üçün tağlarla bağ yaratmışlar. İnşaat zamanı onlar yüksək keyfiyyətli material olan quröuşunlu əyri travertin lövhələrdən istifadə etmişlər; buna görə də 1703-cü ildə baş verən zəlzələ günbəzə zədə vurmamışdır.L'Osservatore romano del 6 aprile 2011. Onlar həmçinin incə taxta atmaların köməkliyi ilə günbəz qabırğalarını yaratmışC. Fontana, Il Tempio Vaticano, 1694., San-Paolo-fuori-le-Mura bazilikasının döşəməsində isə onun ölçülərini yazmışlar.L'Osservatore romano del 6 aprile 2011; F. Milizia, Memorie degli architetti antichi e moderni.
Restavrasiya
Həmin dövrün ən yaxşı mühəndisləri olan Cakomo Della Porta və Domeniko Fontananın istedadlı sənətkar olması şübhə doğurmasa da, tikilidən inşaat meşəsinin sökülməsi zamanı artıq ilk statik problemlər meydana çıxmağa başlayır və buna görə də müntəzəm olaraq kilsədə bərkitmə işlərinin həyata keçirilməsi lazım olur. Bazilikada ilk sənədləşdirilmiş çatlar 1603-cü ildə meydana gəlsə də, XVII əsrin 30-cu illərində vəziyyət ciddi şəkildə pisləşməyə başlayır.M. Carusi, cit.. Yalnız XVIII əsrin birinci yarısında günbəzin uçması təhlükəsi yarandıqda Papa XIV Benedikt nəhayət ki, Covanni Poleniyə çatmatağ tavanların zədələrinin öyrənilməsi və problemin aradan qaldırılması yollarının təklif edilməsini tapşırır. 1743-1748-ci illərdə mühəndis Poleni dağılmanın qarşısını almaq üçün nəzəri hesablamalar və təcrübələrdən istifadə edərək düzgün mövqeləri müəyyənləşdirərək, barabanın böyük hissəsini, çatmatağın aşağı hissəsini bərkidən bir neçə qatlı dəmir zəncirlərdən istifadə edir. İşlər o zaman papanın inşaat işlərinə rəhbərlik edən Luici Vanvitelinin başçılığı ilə həyata keçirilir.