right|200px|thumb|Laureatlara təqdim olunan mükafat medalının üz hissəsi Fizika üzrə Nobel mükafatı () — İsveç Kral Elmlər Akademiyası tərəfindən fizikanın müxtəlif sahələri üzrə elm adamlarına təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş beş Nobel mükafatından biridir, hansı ki, fizika sahəsi üzrə insanlığa əlamətdar töhfələr verənlərə təqdim olunur. Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və Royal İsveç Elmlər Akademiyası tərəfindən seçilmiş beş üzvdən ibarət komitə tərəfindən verilir. Mükafat Stokholmda 10 dekabr — Alfred Nobelin ölüm ildönümü ilə bağlı illik mərasimdə təqdim olunur. Laureatlar bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alırlar.

Statistika 2023-cü ildən etibarən mükafat 224 şəxsə təqdim edilmişdir. Fizika üzrə Nobel mükafatına ilk dəfə 1901-ci ildə alman fiziki Vilhelm Rentgenə layiq görülmüşdür. Ona verilən mükafat pulunun məbləği 150.782 İsveç kronu təşkil edirdi, 2007-ci ilin dekabr ayında bu məbləğ 7.731.004 İsveç kronuna bərabər idi. Con Bardin bu sahə üzrə mükafatı iki dəfə qazanan yeganə laureatdır (1956 və 1972-ci il). Mariya Küri həmçinin iki Nobel mükafatı qazanmışdır; 1903-cü ildə fizika sahəsi üzrə və 1911-ci ildə kimya sahəsi üzrə.

Uilyam Lorens Breqq 2014-cü ilin oktyabr ayına qədər ən gənc Nobel mükafatı laureatı idi. O mükafatı 1915-ci ildə 25 yaşında ikən qazandı və Fizika sahəsi üzrə Nobel mükafatının ən gənc laureatı olaraq qalmaqdadır.

Beş qadın fizika sahəsi üzrə Nobel mükafatına layiq görülmüşdür: Mariya Küri (1903), Mariya Göppert-Mayer (1963),Donna Striklend (2018), Andrea Qez (2020) və Ann Liyulie (2023).

1916, 1931, 1934, 1940 və 1942-ci illərdə Fizika üzrə Nobel mükafatı verilmədi. Həmçinin Fizika üzrə Nobel mükafatı 8 dəfə bir il müdətinə təxirə salınıb. Nobel komitəsinin qərarına əsasən 1917-ci ildə heç bir namizədin zəruri kriteriyaya sahib olmaması səbəbi ilə Fizika üzrə Nobel mükafatı verilmədi, ancaq həmin mükafat 1918-ci ildə Çarlz Qlover Barklaya verilmiş və mükafat 1917-ci ilin mükafatı olaraq sayılmışdır. Həmçinin 1918-ci ilin mükafatı 1919-cu ildə Maks Planka, 1921-ci ilin mükafatı 1922-ci ildə Albert Eynşteynə, 1924-cü ilin mükafatı 1925-ci ildə Karl Siqbana, 1925-ci ilin mükafatı 1926-cı ildə Ceyms Frank və Qustav Lüdviq Hertsə, 1928-ci ilin mükafatı 1929-cu ildə Ouen Uillans Riçardsona, 1932-ci ilin mükafatı 1933-cü ildə Verner Heyzenberqə və 1943-cü ilin mükafatı isə Otton Şternə təqdim edilmişdir.

Laureatlar