Hülakü ( – Xülegü xan; — Çü liye vu; – Hulaku xən/Hələvun; – Hulaku xən; ) — Elxanilər dövlətinin qurucusu, Çingiz xanın nəvəsi, Münke xanın və Xubilay xanın qardaşıdır. Hülakü xan 1255-ci ildə Orta Şərqdə torpaqların fəthini bitirmək məqsədilə Mengü xan tərəfindən bölgədəki ərazilərin hökmdarı təyin edilmişdir.
Arxa plan Hülakü xan Çingiz xanın oğlu Toluy xanın və Kereitin şahzadəsi Sörköktəni Bəginin oğlu idi. Sörköktəni Bəgi bütün oğullarının monqol lideri olmasını təmin edərək uğurla monqol siyasətini idarə etdi. O, Şərq Kilsəsinin xristianı idi və oğlu Hülakü xanın da xristianlığa münasibəti yaxşı idi. Hülakü xanın sevimli həyat yoldaşı, Doqquz Xatun da Hülakü xanın yaxın dostu və sərkərdəsi Kit Buğa noyon kimi xristian idi.
Hərbi kampaniyalar thumb|left|200px|1256-cı ildə Ələmutun mühasirəsi|alt= 1256-cı ildə Ələmutun mühasirəsi thumb|right|Hülakü xanın Ələmutu mühasirəsinin Moğol miniatürü|alt= Hülakü xanın Ələmutu mühasirəsinin Moğol miniatürü Hülakü xanın qardaşı Mengü xan 1251-ci ildə Böyük xan oldu. 1255-ci ildə Mengü xan Hülakü xanı cənub-qərbi Asiyada olan müsəlman dövlətlərini işğal etmək və ya dağıtmaq üçün böyük monqol ordusunun rəhbərliyinə gətirdi. Hülakü xanın kampaniyası lurların məğlub edilməsinə, Xaşxaşilərin süqutuna, Bağdaddakı Abbasilər xilafətinin, Əyyubilər dövlətinin və son olaraq Misirdəki Bəhri Məmlük Sultanlığının asılılığına və ya dağıdılmasına nail olmaq istəyirdi.Amitai-Preiss, Reuven. The Mamluk-Ilkhanid War Mengü xan tabe olanlarla mehriban davranılmasını, tabe olmayanların isə məhv edilməsini Hülakü xana əmr etdi. Hülakü xan işin ikinci hissəsinin təlimatlarını yaxşı şəkildə həyata keçirdi.
Hülakü xan bəlkə də onun dövrünə qədər qurulmuş ən böyük monqol ordusu ilə yürüşə çıxmışdı. Mengü xanın əmri ilə imperiyanın döyüşçülərinin üçdə ikisi Hülakü xanın ordusu üçün toplanmışdı.Saunders 1971 O, asanlıqla, lurları məğlub etdi və Xaşxaşilər insanların həyatını xilas edən sazişi bağlayaraq özlərinin əlçatmaz qalası olan Ələmutu döyüşmədən təslim etdilər.
Bağdadın mühasirəsi
thumb|300px|Hülakü xan xəlifəni acından ölənə qədər xəzinələri arasında yaşamağa məhkum edir. Orta əsr təsviri "Le livre des merveilles", 15-ci əsr
Hülakü xanın ordusu 1257-ci ilin noyabrında Bağdad üçün yürüşə başladı. Hülakü xan şəhərin yaxınlığında Dəclənin şərq və qərb sahillərindən şəhəri mühasirəyə almaq üçün ordunu iki hissəyə böldü. Hülakü xan şəhərin təslim olmasını tələb etdi. Ancaq Xəlifə Mustasım Billah təslim olmaqdan imtina etdi. Xəlifənin ordusu qərb tərəfdən olan bəzi hücumları dəf etdi, ancaq növbəti döyüşdə məğlub oldu. Hücum edən monqollar bəndləri dağıtdılar və daşqın yaradıb xəlifənin ordusunu tələyə saldılar. Ordunun çox hissəsi ya öldürüldü, ya da boğuldu.
Çinli general Quo Kanın rəhbərliyi altında monqollar çəpərlər və xəndəklər inşa edərək və mühasirə texnikaları və katapultları gətirərək 29 yanvar 1258-ci ildə şəhəri mühasirəyə aldılar. Mühasirə standartları döyüşün vaxtını qısaltdı. Fevralın 5-ə qədər monqollar divarın sahəsinə nəzarət edirdilər. Xəlifə danışıqlar aparmağa çalışdı, ancaq monqollar imtina etdilər. Monqollar fevralın 13-də şəhərə daxil oldular və bir həftə şəhəri dağıtdılar. Təbabətdən astronomiyaya qədər bir çox mövzu haqqında dəyərli tarixi sənədlər və kitabları olan Bağdadın Böyük Kitabxanası dağıdıldı. Sağ qalanlar deyirdilər ki, çaya atılan kitabların mürəkkəbindən Dəclənin suları qara axırdı. Şəhərin sakinləri qaçmağa çalışdılar, ancaq monqol əsgərləri onların qabağını kəsdi.
Ölənlərin sayı haqqında fikirlər haçalanır və bu, asanlıqla sübut edilə bilən deyil. Ölənlərin sayının kiçik qiyməti 90 mindir,Sicker 2000, p. 111. yüksək qiymət üçün oblast isə 200 mindən 1 milyona qədər dəyişir. Şəhər ələ keçirləndən sonra monqollar əvvəl şəhəri talan etdilər, daha sonra dağıtdılar. Nəsillərin işi olan məscidlər, saraylar, kitabxanalar, tibb evləri yandırıldı. Xəlifə ələ keçirildi və şəhər sakinlərinin ölümünə və xəzinənin talan edilməsini izləməyə məcbur edildi. Venesiya taciri Marko Polonun macəraları haqqında yazılmış Il Milione kitabı bildirir ki, Hülakü xan xəlifəni acından ölməyə məhkum edib, ancaq bu faktı əsaslandıracaq heç bir sübut yoxdur. Monqol və müsəlman mənbələri bildirir ki, xəlifə xalçaya bükülmüş və monqollar atları ilə onun üzərində keçmişlər. Çünki inanılır ki, hökmdar qanı toxunanda torpaq təhqir edilir. Bağdad şəhəri əsrlərcə əhalisiz və dağılmış vəziyyətdə qaldı. Ərazidəki kiçik dövlətlər öz sadaqətlərini Hülakü xana sübut etməyə tələsdilər. Monqollar Əyyubiləri işğal edərək və uzaqdakı Qəzzəyə patrullar göndərərək 1259-cu ildə üzlərini Suriyaya çevirdilər.
Şimali Çindən olan min nəfərlik mühəndis bölməsi Hülakü xanı Orta Şərq yürüşündə müşayiət edirdi.
Suriyanın işğalı (1260) thumb|200px
1260-cı ildə monqol ordusu regionda olan xristian vassalları — Hetumun rəhbərliyində olan Kilikiya erməni çarlığının ordusu və Antakyalı VI Bohemondunun frankları ilə birləşdilər. Birləşmiş qüvvələr Əyyubilər sülaləsiin mülkü olan müsəlman Suriyasını işğal etdilər. Onlar Aleppo şəhərini aldılar və 1 mart 1260-cı ildə xristian general Kit Buğanın rəhbərliyi altında Dəməşqi aldılar.Grousset, p.581"On 1 March Kitbuqa entered Damascus at the head of a Mongol army estimated to have been over 300,000 strong. With him were the King of Armenia and the Prince of Antioch. The citizens of the ancient capital of the Caliphate saw for the first time for six centuries three Christian potentates ride in triumph through their streets", Runciman, p.307 Xristian messası Umayyad məscidində keçirildi və bir çox məscidlər murdarlandı. Bir çox tarixi mənbələr üç xristian lideri — Hetum, Bohemond və Kit Buğanı qələbə zamanı birlikdə şəhərə daxil olan şəkildə təsvir edir,Grousset, p.588 ancaq David Morqan kimi bir neçə məşhur tarixçilər bu hekayəni məşhur uydurma hesab edir.David Morgan, The Mongols (2nd ed.); Peter Jackson, Mongols and the West
İşğal effektiv şəkildə Levant, Misir və Ərəbistan yarımadasının güclü dövləti — Əyyubiləri məhv etdi. 1260-cı ildə axırıncı Əyyubilər hökmdarı Ən-Nasir Yusif Hülakü xan tərəfindən öldürüldü.Atlas des Croisades, p.108 Bağdad süqut edəndən və Dəməşq zəifləyəndən sonra İslam gücünün mərkəzi Qahirədəki Misir Məmlüklərinə keçdi.
Hülakü xan Məmlüklərlə döyüşmək üçün Fələstindən Qahirəyə tərəf cənuba davam etmək niyyətində idi. O, Qahirədəki Məmlük sultanı Qutuza hədələyici məktub yazdı. O, tələb etdi ki, Qutuz Qahirənin qapılarını açsın, yoxsa, o, Bağdad kimi dağıdıla bilər. Bu zaman Münge xan Hülakü xanı varisi və potensial Böyük Xan kimi yeni xan seçilməsi üçün Monqolustana geri çağıraraq öldü. Hülakü xan Nestorian xristianı general Nayman Kitbuqa noyonun rəhbərliyi altında iki tüməni (20 min əsgəri) ərazidə qoyaraq getdi. Hülakü xanın gedişini xəbər alan Qutuz cəldliklə böyük bir ordu qurdu və Fələstini işğal etdi. Qutuz monqolların Dəməşqi işğal etməsindən, Bağdadın talanından və Bilad al-Şamın asılı vəziyyətə salınmasından sonra İslamı müdafiə etmək istəyən Baybarsla ittifaq qurdu.
Monqollar səlibçi Yerusəlim krallığı ilə Franko-monqol ittifaqı formalaşdırmağa çalışdılar. Ancaq Papa IV Aleksandr bunu qadağan etdi. Sidonun Yulianı Kitbuqanın nəvələrindən birinin ölümü ilə nəticələnən hadisəyə səbəb olanda franklar və monqollar arasındakı gərginlik daha da artdı. Əsəbiləşən Kitbuqa Sidonu talan etdi. Akranın baronları monqollara qarşı hərbi yardım axtarırdı. Məmlüklərin frankların ənənəvi düşməni olmasına baxmayaraq, Akranın baronları monqolları daha yaxın təhlükə olaraq tanıdı. Səlibçilər tərəf tutmaq yerinə iki qüvvə arasında neytrallıq mövqeyi tutdu. Ancaq məmlüklər hər hansı qeyri-adi vəziyyətdə hücum etmədən səlibçilərin ərazilərindən şimala yürüş edə və hətta yenidən təchiz olunmaq üçün Akra yaxınlığında düşərgə qura bilərdilər.
Əyn Cəllud döyüşü
Xəbərlər gələndə monqollar Şəria çayını keçdilər. Sultan Qutuz və onun əsasən misirlilərdən ibarət ordusu Əyn Cəlluda doğru irəlilədilər. Onlar Əyn Cəllud döyüşündə təxmini 20 minlik monqol ordusu ilə qarşılaşdılar və saatlarca döyüşdülər. Məmlük lideri Baybars əsasən özlərini təqib etdirərək monqol ordusunu aldatmağa cəhd edərək vur-qaç taktikası işlətdi. Baybars və Qutuz monqolların hədəfə gəlməsini pusquda gözləmək üçün təpələrdə öz qüvvələrinin əsas hissəsini gizlətdilər. Monqol lider Kit Buğa Baybars və qoşununun qaçmasından təhrik olmuşdu və qaçan misirlilərin izində bütün qoşunu ilə yürüş etməyə qərar verdi.
Monqollar dağlıq əraziyə çatanda misirlilər ortaya çıxdılar və ortaya çıxan əsgərlər onlara hər tərəfdən hücum edəndə monqollar özlərini düşmən tərəfindən mühasirəyə alınmış gördülər. Qutuz monqollara arxadan hücum etdi. Misir ordusunun əsgərlərinin sayı haqqında qiymətləndirmə 24 mindən 120 minə qədər dəyişir. Monqollar tələdən qurtuldular və
hətta uğurlu əks-hücumada keçdilər. Ancaq monqolların sayı nəticənin qaçılmaz olacağı şəkildə azalmışdı. Döyüş bitəndə misirlilər monqolları yaxın vuruşmada məğlub edərək tarixdə daha əvvəl görünməmiş bir nailiyyət əldə etdilər. Regionda qalan monqollar ya öldürüldülər, ya da əsir götürüldülər. Əyn Cəllud döyüşü monqol işğalını zəiflətdi. Bu döyüşdən sonra monqolların şərqi və cənubu işğalı dayandı.
Vətəndaş müharibəsi
Hakimiyyət qurulandan və Hülakü xanın qardaşı Qubilay xan Böyük Xan elan ediləndən sonra 1262-ci ildə Hülakü xan öz torpaqlarına qayıtdı. O, Məmlüklərə hücüm etmək üçün ordusunu yerləşdirəndə və Əyn Cəllud vuruşunun intiqamını almağa çalışanda vəziyyət dəyişdi və Hülakü xan Batı xanın qardaşı Bərkə xanla vətəndaş müharibəsinə girməyə məcbur oldu. Müsəlmanlığı qəbul etmiş Bərkə xan Hülakü xanın Bağdadı talan etməsinin əvəzini çıxacağına söz vermişdi və Məmlüklərlə ittifaq qurmuşdu. Qızıl Orda hökmdarı Bərkə xan sərkərdə Noqayın başçılığı ilə 30 minlik qoşunu Şirvana göndərdi. Hülakü xan vilayətlərdən qoşun topladı və Şirvana yola saldı. Dərbənd Hülakü xan tərəfindən tutuldu. Elxanilərin qoşunu qızılordalıları izləyərək Terek çayına yetişdi. Bərkə xan Elxanilərin üzərinə yeni qüvvələr göndərdi. 1263-cü il yanvarın 13-də Terek çayı sahilində baş vermiş qanlı vuruşmada Hülakü xanın qoşunu məğlubiyyətə uğradı və Şabrana doğru geri çəkildi. Dərbənd şəhəri yenidən qızılordalıların əlinə keçdi. Bu monqollar arasında ilk açıq müharibə idi və vahid imperatorluğun sonu demək idi.
Qərblə əlaqələr Hülakü xan Franko-monqol ittifaqı qurmaq üçün Avropaya bir neçə məlumat göndərdi. 1262-ci ildə o, "xaricdəki bütün krallara və şahzadələrə" öz katibi Rihaldisi və səfirliyini göndərdi. Siciliyada Məmlüklərlə ittifaqda və Papa IV Urbanla konfliktdə olan Kral Manfred tərəfindən səfirliyin açıq-aşkar qarşısı kəsildi və Rihaldis gəmi ilə geri qaytarıldı.Jackson, p.173
10 aprel 1262-ci ildə Con Macar vasitəsilə Fransa kralı IX Lüdovikə ittifaq təklif edərək məktub göndərdi.Jackson, p.178 Parisdə olan IX Lüdovikə məktubun çatması aydın deyil — saxlanılan tək əlyazma Avstriyanın Vyana şəhərindədir.Jackson, p.166 Məktub Hülakü xanın Papanın xeyrinə Yerusəlimi işğal etmə niyyətini bildirir və Hülakü xan Lüdovikdən Misir əleyhinə donanma göndərməsini xahiş edir:
—Hülakü xandan IX Lüdovikə məktub.Letter from Hulagu to Saint Louis, quoted in Les Croisades, Thierry Delcourt, p.151
Şirvanşahlarla əlaqələr
Şirvanşahlar Elxani hökmdarlarının bütün səfərlərində qeyri-nizami qoşun dəstələri ilə iştirak etməli və öz süzereni qarşısındakı bütün təəhhüdlərini yerinə yetirməli idi. Məsələn, Şirvanşah II Axsitan ibn III Fəribürz h.653 (1256)-cü ildə Rum, İraq, Xorasan, Azərbaycan, Arran, Şirvan və Gürcüstan feodal hakimləri kimi, malikləri, sədrləri və əyanları ilə birlikdə "layiqli hədiyyələrlə" ismaililərə qarşı səfərə çıxmış Hülakü xanın yolüstü qərərgahına gəlmişdi.Пaxoмoв. Kpaткий kypc… c.41–42Paшид aд-Дин. Джaми- aт-тaвapиx, т. III, c.25Aлизaдe, c.368–369Aшypбeйли. Oчepк…c.118