Atəşgah — Azərbaycan ərazisindəki Abşeron yarımadasında, Bakı şəhərindən 30 km aralıda, Suraxanı rayonundakı Suraxanı kəndi yaxınlığında yerləşən, müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilmiş alov məbədidir. XVII–XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilmiş məbədin adı "Alov evi" və ya "Alov yeri" anlamı verir.

Memarlıq kompleksi planda beşguşəli çıxıntılı və iri giriş yerinə malik müdafiə divarları və ərazinin mərkəzində yerləşən dördguşəli altar – alov məbədindən ibarətdir. Giriş üzərində Şirvan-Abşeron memarlıq məktəbi üçün xarakterik olan qonaq otaqları – balaxana inşa edilmişdir.

Komplekin inşa tarixi 1713-cü ilə aid edilir. Məbəd özü isə daha qədim dövrlərdən mövcud olmuş və ilkin quruluşunu saxlayaraq dövrümüzə çatmışdır. Alov altarı Azərbaycan ərazisində hələ Midiya dövründən yayılmış qədim altar inşası ənənələrini əks etdirir. Alov altarı planının ənənəvi görünüşdə dörd küncdən sütunla dəstəklənən, günbəzlə örtülmüş və dörd tərəfi açıq forması da burdan qaynaqlanır.К. М. Мамедзаде. Строительное искусство Азербайджана (с древнейших времен до XIX в.), Баку, 1983.

Azərbaycan Prezidentinin sərəncamına əsasən kompleks ətrafında açıq səma altında muzey yaradılmış, kompleks Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir. Hər il muzeyi orta hesabla 145.000 nəfər ziyarət edir.

1998-ci ildə Atəşgah UNESCO Ümumdünya irsi siyahısına salınmaq üçün namizəd siyahısına daxil edilmişdir.

Tarixi

Cənubi Qafqazda erkən orta əsrlərdə atəşpərəstlik

250px|thumb|left|Engelbert Kempfer — Suraxanıda Atəşgah və yeddi müqəddəs alov, XVII əsr. Bakı ətrafı ərazilər erkən orta əsrlərdən etibarən mənbələrdə sönməz alovlar məkanı kimi qeyd edilir. Sara Aşurbəyli qeyd edir ki, bu fenomen haqqında ən erkən məlumat Bizans tarixçisi Panili Prisk tərəfindən verilmişdir.Атешгях был построен местными мастерами, как видно, по плану индийцев, заказавших этот памятник. Известно, что зона Баку уже в раннем средневековье отмечалась в источниках как местность, где горели неугасимые огни. Самое раннее упоминание об этом встречается у византийского автора V в. Приска Панийского. Выходы горючего газа отмечались средневековыми армянскими и арабскими авторами VII–X вв. ал-Истахри, Мас'уди и др. и более поздними восточными и западно-европейскими источниками на Апшеронском полуострове — на острове Пир-Аллахи, в сел. Сураханы, в Бакинской бухте, на горе Шубаны. Однако наиболее сильные выходы газа были в сел. Сураханы. Skifiyadan Midiyayadək yolu sonralar "ittifaq bağlamaq üçün Romaya gəlmiş" hun başçılarının dilindən təsvir edən Panili Prisk nəql edir ki, farslar tərəfindən təqib olunan hun qoşunları ölkəni qarət edərək Midiyadan Skifiyaya "… sualtı qayalarından alov qalxan… (ex Petra maritim tlamma ardet)" başqa yolla qayıtdılar. N. Xanıkovun fikrincə, bu məlumat "şəksiz, əbədi Bakı odlarına aiddir".

Bu ərazilərdə yanan qaz çıxması haqqında məlumatlara həm də VII–X əsrlərdə fəaliyyət göstərmiş erməni və ərəb tarixçilərinin əsərlərində rast gəlinir. Cənubi Qafqazda ən Zərdüştçülüyə ibadət ənənələri burada alov məbədləri inşa etdirmiş Sasanilərin hakimiyyəti dövründə yayılmağa başlamışdır. Kəbeyi-Zərdüştdə mobed Kartirin (III əsr) kitabəsindən məlum olur ki, o, Cənubi Qafqazda müqəddəs alovlar üçün məbəd inşasına göstəriş vermiş və həmin məbədlərdə ibadət üçün kahinlər təyin etmişdir: "bütün ölkə ərazisinə…. Albaniya və Balasakanda Alban qaplarına kimi…olan maqlar və odları qaydaya saldım, onların incidilməsi və talan edilməsinə imkan vermədim və onlardan alınan nə var idisə özlərinə qaytardım; onların bəzilərini öz ölkəmizə gətirdim və burda məzdəki imanına gətirdim, yaxşı maqları əla və hörmətli maqlara çevirdim."

Moisey Kalankatlı "Alban ölkəsinin tarixi" əsərində "Atli Bağavan" toponimini istifadə edirMoиceй Kaлaнкaтyйcкий. Пepeв. Дayceттa, кн. З,гл. I9, c.214, K. P. PatkanovApмянckaя гeoфaфия, c.50–51., S. T. YeremyanEpeмян. Aшxapaцyйц, c.52 və S. AşurbəyliS. Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2007, səh 38 belə hesab edirlər ki, həmin toponim Atəşi-Bağavan adının təhrif olunması nəticəsində meydana gəlmişdir. Moisey Xorenatsi Baqavan əyalətini təsvir edərkən "Eotnporakian baqnk" () toponimini qeyd edir və Baqavanda şahənşah I Ərdəşirin (227–241) göstərişi ilə alov məbədinin inşa edildiyini deyir. 624-cü ildə Bakı ərazisinə daxil olan Bizans imperatoru İrakli "perslərin yanan qaza ibadət etdikləri çoxlu sayda məbədi dağıtmışdır." S. Aşurbəylinin fikrincə, atəşpərəstlərin ibadətgahı, yaxud Abşeronda məşhur yanar qazların çıxması ilə bağlıdır.S. Aşurbəyli – Bakı şəhərinin tarixi, Bakı, 2007, səh 32 S. Yeremyan isə qeyd edir ki, burada söhbət zərdüştlüyün sitayiş abidəsindən kənd adına çevrilmiş atəşpərəstlik məbədindən gedir.Epeмян. Aшxapaцyйц, c.51 250px|thumb|left|Jan-Pyer Moynet — Bakı atəşgahında gebrlərin ibadəti, 1860. VIII əsr erməni tarixçisi Gevond öz əsərində sönməz alovların yandığı "Atşi-Baquan" şəhərini qeyd edir.Гевонд. История халифов вардапета Гевонда, писателя VIII в., пер. с арм. К. Патканова, СПб, 1862 :"После него властвует Шам или Гешм в продолжение 19-ти лет. В первый год своего правления он возымел злобное намерение и отправил военачальника Герта произвести поголовную перепись в Армении для большего еще отягчения рабства нашего, чтобы подвергнуть нас разного рода бедствиям. Он порицал щедрость Омара и обвинял его в том, "что он незаконно истратил сокровища, собранные его предшественниками"; и много причинил он бедствий Армении (до того), что все стонали от горьких притеснений, и не было никакой возможности избавиться от невыносимых бедствий. С тех пор рука его еще более отяготила над Арменией. В то же время начались беспокойства в странах северных; ибо царь хазарский, Хаган, умер. Мать его, Парсбит, приказала полководцу Тармачу собрать огромное войско и вести его на Армению; и полководец выступил с собранным войском, и пошел через землю Гуннов и через проход Джорский, по земле Маскутов, и сделал набег на страну Пайтакаран. Он переправился через реку Аракс в Персию, разрушил Артавет, Гандзак-Шагастан, область, называемую Атши-Багуан, Спатар-Пероз и Ормизд-Пероз." Bəzi tədqiqatçıların fikrincə "atşi" "atəş" sözünün dəyişdirilmiş forması olmaqla "Atşi-Baquan" – "müqəddəs odlar məkanı" anlamını ifadə edirС. Б. Ашурбейли. Очерк истории средневекового Баку (VIII — нач. XIX вв.), Издательство АН Азерб. ССР, Баку 1964. 336 стр.(21 п.л.) və bu adla Bakı şəhəri nəzərdə tutulur.Ahmad Kasravi Tabrizi. Namha-ye shahrha va deyeha-ye Iran, I, Tehran, 1929. (نام شهرها و ديه‌هاي ايران)

930-cu ildə İstəxri "Yollar və ölkələr kitabı"nda yazır ki, Bakı yaxınlığında sakinləri zərdüştçü olan kəndlər vardır.Al-Istakhri. Kitab Masalik al-Mamalik. BGA, 1, ed. M. J. De Goeje., 1927 Sonradan həmin məlumatı ərəb coğrafiyaşünası Əbülfəda da təkrar edir.Geographie d’Aboulfeda traduite de Parabe en francais et accompagnee de notes et d’eclaircissements par M. Reinaud, t. I–II, Paris, 1848–1883 Gürcü salnaməsi "Kartlis Tsxovreba"da XIII əsrə kimi Bakı şəhəri Baqavan adı ilə qeyd edilir.Картлис Цховреба, т. I, Тбилиси, 1955 г., с. 371 (на фр. яз.); т. II, Тбилиси, 1959 г., с. 166 (на груз. яз.)

Abşeron yarımadasında Pirallahı adasında, Suraxanı kəndində, Bakı buxtasında, Qız qalası yaxınlığında sahildə, Şubanı dağında yanar qazların yer səthinə çıxmasını orta əsr müəllifləri qeyd etmişlər. Neft və yanar qaz mənbələri ilə zəngin olan Abşeron da Paytakaran əyalətinə daxil idi. Ehtimal ki, Atəş-i Bağavan adı qədim zamanlarda Bakı həndəvərində, yaxud Abşeronda mövcud ola bilən qədim atəşpərəstlik məbədləri ilə bağlıdır. Təsadüfi deyildir ki, Baki əhalisi arasında indiyədək belə bir rəvayət dolaşır ki, İçəri şəhərdəki Cümə məscidi qədim atəşpərəstlik məbədinin yerində tikilmişdir. 1873-cü ildə Bakıda Cümə məscidini görmüş səyyahların təsvirinə görə məscidin ortasında üstləri örtülməmiş dörd tağ ucalırdı. Bu tağlar məsciddən qədim olub, müsəlmanların məscidə çevirdikləri qədim atəşpərəstlik məbədinin qalıqları idi.Etimad əs-Səltəne Məhəmməd Həsən-xan. Marat əlbuldan. Tehгan, 1293, s. 154

1683-cü ildə Bakı şəhərində olmuş alban səyyahı Kempfer də Suraxanı kəndində yeddi müqəddəs alov quyusu olmasını qeyd edir: "…qədim fars tayfası nəslindən olan iki nəfər, gəlmə atəşpərəst hindlilər tikdikləri divarın ətrafında hərəkətsiz halda oturaraq, əbədi tanrıya dua oxuyur, yerdən çıxan alova baxaraq ona səcdə edirdilər". O, sonra yazır: "…əvvəllər buradan beş yüz metr kənarda aralarında bir vaxtlar bu alovun yandığı yan-yana yeddi oyuq görünürdü. Həmin alov sönəndən sonra od mənim təsvir etdiyim yerdən üzə çıxmışdır"E. Kämpfer. Amoenitatum exoticarum politico-physico-medicarum fasciculi V, quibus continentur variae relationes, observationes et descriptiones rerum Persicarum et ulterioris Asiae, multa attentione, in peregrinationibus per universum Orientum, collecta, ab auctore Engelberto Kaempfero. Lemgoviæ : Typis & Impensis Henrici Wilhelmi Meyeri, Aulæ Lippiacæ Typographi, 1712, p. 253–262.

XVII–XVIII əsrlərdə 270px|thumb|left|Villem Kizevetter — Suraxanı atəşgahı, Avropa Mədəniyyətləri Muzeyi, Berlin Təxminən XV–XVI əsrlərdən etibarən Şirvan və Hindistan arasında diplomatik və ticari əlaqələrin genişlənməsinə başlanılır. Həmin dövrdə Şimali Hindistandan olan parça və ədviyyat tacirləri, həmçinin şivaizm və siqh monnas sektasıАшурбейли С. Б. Об истории Сураханского храма огнепоклонников mənsublarının hesabına Suraxanı atəşgahı bərpa edilərək hinduist və siqh ibadətgahı kimi istifadə edilir.Alakbarov, Farid (Summer 2003), "Observations from the Ancients ", Azerbaijan International 11 (2): ""according to historical sources, before the construction of the Indian Temple of Fire (Atashgah) in Surakhani at the end of the 17th century, the local people also worshiped at this site because of the 'seven holes with burning flame'.""The Indian diaspora in Central Asia and its trade, 1550–1900 "… George Forster … On the 31st of March, I visited the Atashghah, or place of fire; and on making myself known to the Hindoo mendicants, who resided there, I was received among these sons of Brihma as a brother; an appellation they used on perceiving that I had acquired some knowledge of their mythology, and had visited their most sacred places of worship …"Ervad Shams-Ul-Ulama Dr. Sir Jivanji Jamshedji Modi, Translated by Soli Dastur (1926), My Travels Outside Bombay: Iran, Azerbaijan, Baku Farroukh Isfandzadeh … Not just me but any Parsee who is a little familiar with our Hindu brethren’s religion, their temples and their customs, after examining this building with its inscriptions, architecture, etc., would conclude that this is not a Parsee Atash Kadeh but is a Hindu Temple … informed me that some 40 years ago, the Russian Czar, Alexander III, visited this place with a desire to witness the Hindu Brahmin Fire ritual … gathered a few Brahmins still living here and they performed the fire ritual in this room in front of the Czar … I asked for a tall ladder and with trepidation I climbed to the top of the building and examined the foundation stone which was inscribed in the Nagrik [or Nagari] script … the installation date is mentioned as the Hindu Vikramaajeet calendar year 1866 (equivalent to 1810 A. D.) …" XVII əsr mənbələri Bakıdakı oda səcdə etmək üçün səfərə çıxmış hindli zəvvarlar haqqında məlumat verir. Məbəd ərazisindəki ən qədim tikili 1713-cü ilə, ən yeni tikili isə kitabəyə əsasən 1810-cu ildə tacir Kançanaqaranın hesabına inşa edilmiş mərkəzi altardır.