Abjitçay — Azərbaycan Respublikasının Balakən rayonu ərazisində çay.
Toponimikası Abjitçay Qanıxçayın qoludur. Bəzi tədqiqatçıların fikrincə, çayın adı İran mənşəli ab (su, çay) və jət (qatran) sözlərindən ibarət olub "qatranlı çay" mənasındadır. Qədim türk yazılı abidələrində xristianların xeyir-dua mərasimi "abijik/abişik" adlanır. Ehtimal olunur ki, abjit sözü rayonun ərazisində tarixi məlum olmayan qədim məbəd və ibadətgahla bağlıdır.
İstinadlar
Xarici keçidlər http://haqqinda.az/Tariximiz
Kateqoriya:Azərbaycan çayları Kateqoriya:Sərhəd çayları