Bobbi Makferrin (; doğ. 11 mart 1950) — Amerika caz müğənnisi və dirijoru, 10 dəfə "Qremmi" mükafatı laureatı.

Həyatı Bobbi Makferrin 1950-ci il martın 11-də Manhettendə (Nyu-York), opera müğənnisi Robert Makferrin və müğənni Sarah Koperin ailəsində anadan olub. Uşaqlıqdan musiqini sevən Makferrin ilk olaraq klarnetdə, sonra isə fortepianoda ifa etməyi öyrənib. Vokalçı kimi 1977-ci ildə debüt edib və növbəti ildən "Astral Project" kollektivində oxumağa başlayıb.

Musiqiçinin həyatında 1980-ci ildə Playboy Caz Festivalında onun vokal debütünü təşkil edən komediyaçı Bill Kosbi ilə tanışlıq mühüm rol oynayıb. Musiqiçinin ilk albomu ("Bobby McFerrin") 1982-ci ildə çıxıb. Onun 1984-cü ildə çıxan növbəti albomu ("The Voice") heç bir musiqi aləti olmadan yazılan ilk caz albomu olub. Makferrin 1988-ci ildə ifa etdiyi və iki nominasiya üzrə "Qremmi" mükafatına layiq görülmüş "Don't Worry, Be Happy" mahnısı ilə dünya şöhrəti qazanıb. . Carl Anthony Online. Retrieved November 12, 2012.

Şəxsi həyatı Makferrin 1975-ci ildən Debbi Qrinlə evlidir, üç övladı var.

Diskoqrafiya Bobby McFerrin (1982) The Voice (1984) Spontaneous Inventions (1986) Elephant's Child (1987) Simple Pleasures (1988) Bobby's Thing (1988) How the Rhino Got His Skin / How the Camel Got His Hump (1990) Medicine Music (1990) Play (1992) Hush (1992) Many Faces of Bird (1991) "The Siamese Cat Song" (1991) Somewhere over the Rainbow (1993) Sorrow Is Not Forever (1994) Paper Music (1995) Bang! Zoom (1995) The Mozart Sessions (1996) Circlesongs (1997) Beyond Words (2002) Konzert für Europa - The Schönbrunn Concert (2004) Live in Montreal (DVD, 2005) VOCAbuLarieS (EmArcy, 2010) Spirit you all (2013)

İstinadlar

Xarici keçidlər

Rəsmi saytı

Kateqoriya:Manhettendə doğulanlar Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:Həyatı boyu müvəffəqiyətlərinə görə Qremmi mükafatı laureatları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Afroamerikalılar Kateqoriya:Dörd oktava vokal diapazonuna malik müğənnilər Kateqoriya:ABŞ cazmenləri