"Otuz üç" () — 1965-ci ildə Georgi Daneliyanın rejissorluğu ilə çəkilmiş komediya filmi. Baş rolu Yevgeni Leonov ifa edir.
Məzmun Yuxarı Çalalar () əyalətinin diş həkimi (Gennadi Yaloviç) gözlənilməz elmi kəşfə rast gəlir. O, pasienti İvan Sergeyeviç Travkinin (Yevgeni Leonov) ağız boşluğunda 33-cü dişi aşkara çıxarır. Ağrıdan əziyyət çəkən Travkini Moskvaya aparırlar. Orada əvvəlcə paxıl Proxorov (Nikolay Parfönov) səyləri nəticəsində dəlixanaya düşür. Sonra isə beynəlxalq elmi müşavirə qəhrəmana və (yuxusunda) Marsa göndərilən nümayəndəyə çevrilir.
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifləri: Valentin Yejov, Viktor Koneski, Georgi Daneliya Quruluşçu rejissor: Georgi Daneliya Quruluşçu operator: Sergey Vronski Quruluşçu rəssam: Aleksandr Borisov Bəstəkar: Andrey Petrov Səs operatoru: Vladimir Kraçkovski Dirijor: Emin Xaçaturyan İkinci rejissor: M. Çernova İkinci operator: V. Abramov Montaj edən: T. Zinçuk Geyim rəssamı: İ. Belyakova Qrim rəssamı: N. Baldina Rejissor assistentləri: L. Buşarova, D. Kuznesov Operator assistentləri: V. Qriqoroviç, A. Cirkvelov Rəssam assistenti: L. Kozlov Quraşdırılmış səhnələrin operatoru: Boris Travkin Quraşdırılmış səhnələrin rəssamı: A. Rudaçenko Redaktor: İ. Sergiyevskaya Mahnıların mətni: Yuri Levitanski Filmin direktoru: Y. Roqozovski
Rollarda Yevgeni Leonov — İvan Sergeyeviç Travkin Nonna Mordyukova — Qalina Petrovna Pristyajnyuk İnna Çurikova — Rozoçka Lyubaşkina Lyubov Sokolova — Lyuba Travkina Marqarita Qladunko — Frosya Viktor Avdyuşko — Mişa Gennadi Yaloviç — Arkadi Borisoviç Şeremetyev Nikolay Parfönov — Proxorov Villor Kuznesov — İqor Bezrodnı Saveli Kramarov — Rodion Xomutov Arkadi Trusov — Anatoli Petroviç İvanov Vyaçeslav Nevinnı — Vasili Lyubaşkin Georgi Svetlani — Mitriç Vladimir Basov — vilayət muzeyinin direktoru Frunzik Mkrtçyan — professor Bruk (titrlərdə F. Mkrtıçan) Nikolay Daneliya — Travkinlərin birinci oğlu Valya Şarikov — Travkinlərin ikinci oğlu Mariya Vinoqradova — Raisa Yakovlevna Olesya İvanova — Qorina Klavdiya Kozlyonkova — qulluqçu Boris Lavrov — Aleksandr Fyodoroviç (titrlərdə V. Lavrov) Sergey Martinson — Valentin Petroviç Lyubaşkin Daniil Netrebin — diş hesablamaları üzrə komissiyanın üzvü Alevtina Rumyanseva — televiziyada rejissor köməkçisi İrina Skobseva — Vera Sergeyevna Svetlana Svetliçnaya — Nina Svetlova Yuri Saransev — taksi sürücüsü İnna Fyodorova — sanitar Pyotr Şşerbakov — Viktor Viktoroviç Pavel Vinnik — Valentin İvanoviç (titrlərdə yoxdur) İlya Rutberq — Brukun köməkçisi (titrlərdə yoxdur) Mixail Loqvinov — qonaq (titrlərdə yoxdur)
Yaranma tarixi 1965-ci ildə filmin prokatda qalması heç iki həftə də çəkmir. Deyilənə görə, ideologiya üzrə o zamankı Sov.İKP MK katibi Mixail Suslov filmdə motosiklçilərin mühafizəsi altında gedən "Çayka" avtomobilini və kosmonavtlarla görüşə parodiya səhnəsini gördükdən sonra "bizim sosialist gerçəkliyinə iftira"nın çıxarılmasına göstəriş verir. Georgi Daneliya bu səhnələri montaj etməkdən imtina edir. Buna görə də film geniş prokatdan çıxarılır.
Kosmonavtların hazırlıq rəhbəri Sovet İttifaqı Qəhrəmanı Nikolay Kamanin 2 fevral 1966-cı il tarixində öz gündəliyində yazır:
Maraqlı faktlar Bu filmdən başlayaraq, Georgi Daneliyanın və digər rejissorların bir çox ekran əsərlərində Yevgeni Leonovun ifasında "Çayda" () mahnısı müxtəlif formalarda səslənib ("На речке, на речке, на том бережочке мыла Марусенька белые ножки…"). Çəkilişlərin bir hissəsi Rostov-na-Donda aparılıb. Filmdə ər-arvad İvan və Lyuba rollarını ifa edən Yevgeni Leonov və Lyubov Sokolova "Belarus vağzalı" filmində də eyni adlı cütlüyü canlandırıblar. "Otuz üç" Georgi Daneliyanın ağ-qara kinolentə çəkdiyi son filmdir.
İstinadlar
Xarici keçidlər «Тридцать три» "Mosfilm"in saytında
Kateqoriya:SSRİ filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Komediya filmləri Kateqoriya:Georgi Daneliyanın filmləri Kateqoriya:1965-ci ilin filmləri Kateqoriya:1965-ci ilin SSRİ filmləri Kateqoriya:SSRİ-nin ağ-qara filmləri Kateqoriya:"Mosfilm" filmləri Kateqoriya:SSRİ-nin komediya filmləri