() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması İlk dəfə Azərbaycanda təsadüf edilmişdir.
Botaniki təsviri 30-40 sm hündürlüyündə, yerə yatıq, azca qalxan, yaxud cavan vaxtında dik budaqlı yastıq əmələ gətirən koldur. Budaqları az, yaxud çox dağınıq tikanlarla örtülüdür. Yarpaqları yumurtaşəkilli, neştərvari, ağ, qalın olub, ucları kirpikvaridir. Yarpağı 3,8 sm uzunluqda, damarlı, zəif tüklü, 6-8 cüt ellipsvari, uzunsov, küt, yaxud iti uclu, 4–7 mm uzunluqda, 1-1,5 mm enində, dağınıq, ağ tüklü yarpaqcıqlıdır. Çiçəkaltlıqları qayığabənzər, kasacığa bərabər, ağdır. Yarpaqların qoltuğundan çıxan 2-8 sm uzunluğunda, 0,5-1 sm enində olan çiçəkləri birillik budağın üzərində sünbülvari çiçək qrupu əmələ gətirir. Kasacığı 5 mm qədər olub, zəngşəklli, qalın, ağ tüklüdür. Təbii şəraitdə toxumlar vasitəsi ilə çoxalır.
Ekologiyası Orta dağ qurşaqlarının quru, qumlu yamaclarında bitir.
Azərbaycanda yayılması Lənkəranda, Lerik rayonunda, Sonayolca kəndi ətrafında rast gəlinir.
İstifadəsi Abşeronda hər il toxum və qatran vermək qabiliyyətini saxlaya bilir. Bu növün qatranının tərkibində olan bassorinin miqdarı 92 %-ə çatır. Yaşıllaşdırmada istifadəsi öyrənilməmişdir.
İstinadlar
Həmçinin bax