Hadisələr 1 yanvar - 26 dövlət tərəfindən Atlantika xartiyası prinsiplərinə qoşulmaq haqqında "Birləşmiş Millətlərin Bəyannaməsi"nin imzalanması. 2 yanvar - İkinci dünya müharibəsi zamanı Filippinin paytaxtı Manilanın Yaponiya tərəfindən işğal olunması. 20 yanvar — Sovet Ordusu tərəfindən Mojaysk şəhərinin azad edilməsi. 25 yanvar - Tailandın ABŞ-a və Böyük Britaniyaya müharibə elan etməsi. 29 yanvar - SSRİ, Böyük Britaniya və İran arasında müttəfiqlik haqqında müqavilə imzalanması. 15 fevral - Yaponiya ordusu tərəfindən Sinqapurun işğal edilməsi. 12 may - Cənub-Qərb cəbhəsinin Xarkov əməliyyatının başlanması. 1 iyul - Alman qoşunları tərəfindən Sevastopolun işğal edilməsi. 2 avqust - Azərbaycan legionu yaradılmışdır. İndoneziyanın paytaxtı Cakarta adlanıb. fevral-mart - 416-cı Azərbaycan milli diviziyası yaradıldı. may - 77-ci Azərbaycan milli diviziyası yenidən komplektləşdirildi. avqust-sentyabr - 271-ci Azərbaycan milli diviziyası yaradıldı. 9 sentyabr - Azərbaycan SSR-də hərbi vəziyyət elan edildi.

Doğumlar 8 yanvar — Stiven Hokinq – müasir dövrün ən məşhur və ən nüfuzlu fizik-nəzəriyyəçilərindən biridir 6 fevral — Əhməd-Cabir Əhmədov - texnika üzrə fəlsəfə doktoru (1973), Əməkdar müəllim Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 25 mart — Areta Franklin – R&B, soul və gospel stilində ifa edən amerikan müğənnisi 30 aprel — Siyavuş Fərhad oğlu Qarayev - Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru 6 may — Hicran Hüseynov – Azərbaycan diktoru 25 may — Aleksandr Kalyagin – rus aktyoru 18 iyun — Pol Makkartni – İngiltərə müğənnisi 24 iyun — Mehmet Saray – tarixçi 13 iyul — Harrison Ford – Amerikalı kino aktyoru Akkan Suvər

Ölümlər Rəşid bəy Əfəndiyev - Yazıçı, dramaturq, etnoqraf, pedaqoq. - Feliks Hausdorf - Alman riyaziyyatçısı.