Nadejda Samsonova () — sovet kino aktrisası.
Həyatı Nadejda Vasilyevna Samsonova 26 aprel 1924-cü ildə Ukraynanın paytaxtı Kiyev şəhərində hərbçi ailəsində anadan olmuşdur. Uşaqlıqdan bütün ölkəni gəzən aktrisa məktəbi Ulan-Udedə bitirmişdir. ÜDKİ-də pedaqoqlar Bibikov və Pijovoydan dərs almışdır. Epizodlar ustası sayılır. Kəskin və qeyri-adi rolların ifaçısıdır. 200-dən çox filmə çəkimişdir. Həmçinin 800-dən artıq filmin dublyajında iştirak etmişdir. 1950-1980-ci illərdə Kinoaktyor Teatr-Studiyasında çalışan aktrisa, həm də M. Qorki adına Kinostudiyanın ştatlı aktrisası idi.
9 yanvar 2010-cu ildə Moskvada vəfat etmişdir.
Filmoqrafiya Romeo mənim qonşumdur (film, 1963)
Mənbə Самсонова Надежда Васильевна
Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:Kiyevdə doğulanlar Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Rusiya aktrisaları Kateqoriya:XX əsr aktrisaları