() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Şərqi Çində geniş yayılmışdır.

Botaniki xarakteristikası Hündürlüyü 20 m-ə, çətirinin diametri 4 m-ə çatan, dırmaşan, kolvari liandır. Yarpaqları mürəkkəb, təklələkvari olub, qışda tökülən, uzunluğu 30 sm-ə çatır. Yarpaqcıqları 7-13 ədəd, ovalvari uzunsov, təzə yarpaqları qırmızımtıl rəngə çalır. Ucu şiş çıxıntılıdır. Çiçəkləri mavi – bənövşəyi, zəif ətirli, çoxçiçəkli, uzunluğu 25-40 sm, eni 6-10 sm-ə qədər olan salxımlarda yerləşir. Çiçək oxu və çiçək saplaqları zəif tüklüdür. Tacı göyümtül-bənövşəyi, solğun bənövşəyi və ya mavi-göydür. Kasacığı qoşa dodaqlı, zəngvari, 5 dişicikli; dişiciklərin 2-si digər 3 bizvari dişicikdən xırdadır. Yumurtalığı qısa, ayaqcıq üzərindədir. Paxlaları yastı, bir qədər büzümlü açılan, dərivari və sıx tükcüklü, yaşılımtıl sarı, 15-25 sm uzunluğunda, çox toxumludur. Toxumları yastı, böyrəkvari-dəyirmi, açıq şabalıdı rəngdədir. May-iyun aylarında çiçəkləyir. Bəzən iyul və sentyabrda ikinci çiçəkləmə müşahidə edilir. Meyvəsi sentyabr-oktyabr aylarında yetişir.

Ekologiyası Bu növ işıqsevən, rütubətə tələbkar olub, münbit və gillicə torpaqlarda yaxşı bitir və bol çiçək verir.

Azərbaycanda yayılması Dekorativ bitki kimi Abşeron, Gəncə, Lənkəran, Zaqatala, Quba, Şəki və s. bölgələrdə becərilir.

İstifadəsi Çoxçiçəkli, ağçiçəkli formaları məlumdur. Ən gözəl sarmaşan bitkilərdən biridir. Divar, çardaq və eyvanları bəzəmək üçün istifadə edilir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:1825-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Dekorativ kollar Kateqoriya:Asiya florası Kateqoriya:Zəhərli bitkilər Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Şərqi Asiya florası