() — fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Növün arealına Qərbi Asiya, Qafqaz, Orta Asiya, Çin, Şərqi Avropa (Krım), Cənubi-Şərqi Avropa (Rumıniya) daxildir.
Botaniki təsviri Hündürlüyü 1,5 m-dək (bəzən 2 m) olan dağınıq koldur. Zoğları möhkəm, tikanlı, ağımtıl qabıqla örtülmüşdür. Yarpaqları növbəli, uzunsov-belvari, 2 sm uzunluqda, 2-5 mm enindədir. Çiçəkləri antimorf, çiçək qruplarına (buruqlara) yığılmışdır. Çiçək yanlığı 5 ədəd ətli kasayarpaqlı, 5 ədəd, sarımtıl-ağ ləçəkli, 10-15 erkəkcikli və bir dişiciklidir. Meyvəsi şarşəkilli-yumurtavari, birtoxumlu çəyirdəkdir. Əvvəlcə meyvəsi qırmızı, yetişdikdə təxminən qara rəngli olur. May-iyunda çiçəkləyir, meyvələri iyul-avqustda yetişir.
Ekologiyası İşıqsevən, quraqlığadavamlı, torpağa tələbkar deyildir. Yarımsəhralarda, çılpaq çöllərdə, şoran torpaqlarda, daşlı-çınqıllı yamaclarda bitir.
Azərbaycanda yayılması Növ Azərbaycanın "Qırmızı kitab"ına daxil edilmişdir. Böyük Qafqazda rast gəlinir.
İstifadəsi Bitkinin meyvəsi xoş, şor dadı ilə fərqlənən şirəli çəyirdəkdir. Onlar çiy yeyilir, kompot, mürəbbə, şirə, povidla, cem, konfetlər düzəldilir. Yaşıllaşdırmada istifadəsi öyrənilməmişdir.
Həmçinin bax Sibir şorgiləsi
İstinadlar Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh. http://dendrologiya.az/?page_id=112 Ədəbiyyat Деревья и кустарники. СССР. т. 4. 1958; Флора Азербайджана т.6. 1955; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl kitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; *Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
Kateqoriya:Şorgilə Kateqoriya:1759-cu ildə təsvir edilən bitkilər Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Mərkəzi Asiya florası Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Qərbi Himalay florası Kateqoriya:Şəxslərin adını daşıyan bitki taksonları