Təbii yayılması: Mədəni şəraitdə Kiçik Asiya, Cənubi-Şərqi Avropa, Qafqazın Qara dəniz sahilinin şimal hissəsi, Türkmənistanda rast gəlinir.

Botaniki təsviri: Pazşəkilli çinara bəzi botaniklər tərəfindən şərq çinarının forması kimi baxılır. Kiçik ağacdır, gövdəsi çətirinə qədər tünd xırda yarıqlı qabıqla örtülmüş, budaqları enli laylarla soyulan, açıq, yaşılımtıl-boz rəngli, hamar qabıqlıdır. Yarpaqları əsasən 7 hissəli, onlardan aşağı cüt-kiçik, inkişaf etməmiş hissələr, digər 5 hissəsi dərin, ensiz (onların uzunluğu bütün yarpağın 2/3 uzunluğuna bərabərdir), düz, barmaqvari yerləşmişdir. Yarpaqların kənarları bütöv və ya kiçik, küt dişli; bünövrəsi simmetrik, qövsvari əyilmişdir. Yarpağın saplağının uzunluğu 4,5-5,2 sm, çox tükcüklüdür. Bir saplaqda hamaş meyvələrin başcıqları 2-3, bəzən 4 ədəd, diametri 2-2,5 sm, möhkəm, sıx yerləşmiş, tünd qonur rəngli, sütuncuqludur.

Ekologiyası: Rütubətsevən, işığa həssas, bəzən qızmar günəş altında yarpaqları qaralır.

Azərbaycanda yayılması: Bir çox rayonlarda mədəni şəraitdə becərilir.

İstifadəsi: Dekorativ bağçılıqda geniş istifadə olunur.

İstinadlar

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov

Məlumat mənbələri Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh. İstinad Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954; Azərbaycanın ağac və kolları. I cild. 1961; Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008; Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh

Kateqoriya:Çinar